Icma.az
close
up
RU
525ci qəzet Yamyaşıl poeziya çələngi

525ci qəzet Yamyaşıl poeziya çələngi

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist

2024-cü il ölkəmizin həyatında bir çox əlamətdar hadisələrlə yadda qaldı. Bu əlamətdar hadisələrin ən böyüyü isə noyabr ayında gerçəkləşən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, qısacası COP-29 tədbirləri oldu. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olundu. Bu çərçərvidə ilboyu müxtəlif qurumlar tərəfindən yüzlərlə tədbirlər keçirildi, konfranslar təşkil olundu, hər kəs, hər bir idarə və müəssisə öz vətəndaşlıq borcu kimi yaşıl dünya naminə həmrəy olmağa çalışdı. Dünyamızın yaşıllaşdırılması naminə həmrəy olanlar arsında qələm sahibləri ən ön sıralarda dayanmağa çalışdılar.

Şairin, yazıçının, rəssamın ortaya qoyacağı həmrəylik nümunəsi yazacağı əsərdə, çəkəcəyi rəsmdə öz əksini tapır. Bu günlərdə nəşr olunan "Yaşılım, yaşılım, hara gedirsən" almanaxı da "Yaşıl dünya naminə həmrəylik ili"nə dəyərli töhfələrdən biri sayıla bilər.

Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə "Regional Hüquq və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin birgə layihəsi kimi ortaya çıxan nəşrin ideya müəllifi Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, tərtib edən AYB-nin əməkdaşı Xatirə Fərəcli, redaktoru isə Əməkdar mədəniyyət işçisi, şair Vaqif Bəhmənlidir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın və "Regional Hüquq və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın iki fərqli ön söz yazdığı almanaxda təbiətə həsr olunmuş şeirlər toplanıb. "Dünyanın yaşıllıq həsrəti" adlı ön sözündə yazıçı Anarın bu fikirləri almanaxın mahiyyətini daha dolğun şəkildə əks etdirir: "Bu gün insanlığın, planetimizin həyatına son qoyacaq nüvə savaşının qara kabusu dünyanın başının üstünü aldığı çağda gözümüzü, qəlbimizi, yaddaşımızı sığallayıb oxşayan yaşıllığa və bu yaşıllığın şeir misralarında vəsfinə daha çox ehtiyacımız var. Bu kitab da həmin ehtiyacdan yaranıb - insanları təbiətin, həyatın, gözəlliyin qədrini bilməyə çağırır".

Dədə Qorqud kəlamından bəhrələnərək ön sözünə ad seçən Arzu Bağırova isə "Köysü gözəl qaya dağlara gün dəyəndə" yazısında Venera planetinin rəngi olan yaşılı təravətli, incə, canlı, dolğun kimi görür, sevgini, mərhəməti, barışı, sakitliyi bildirən rəng kimi xarakterizə edir. Həmçinin bildirir ki, "Yaşıl - həmrəyliyin, səxavət və bərəkətin rəmzidir, yaşıl - ümid çeşməsidir. Bu rəngin sirrini yozanlara görə Yaşıl - diqqəti cəmləşdirir, özünə inamı artırır, özünüifadəyə yardım edir. Məkan mənzərəsinin üfüqlərini genişləndirir".

Eldar Baxışın şeirindən ad götürən - "Yaşılım, yaşılım, hara gedirsən?" almanaxının üz qabığında Xalq rəssamı Səttar Bəhlulzadənin mavi fonda və yamyaşıl tonda çəkilmiş peyzajının verilməsi də dünyaya və insanlara subliminal mesaj kimi təqdirəlayiqdir. Bəri başdan onu da deyim ki, kitabda Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Arif Əziz, Sakit Məmmədov, Zahir Məlikli və Yusif Mirzənin təbiət mənzərələrinin əks olunduğu rəsm nümunələri də yer alıb.  

Kitabda ilk olaraq ana dilimizin ata kitabı olan "Kitabi-Dədə Qorqud"dan təbiətlə bağlı nümunələr təqdim olunub. Bunun ardnca klassik poeziyamızın dahi söz sərraflarından nümunələr müəlliflərin yaş senzinə uyğun olaraq sıralanıb. Belə ki, XI-XII əsrlərdən üzü bəri Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, sonrakı mərhələlərdə İmadəddin Nəsimi, Dirili Qurbani, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Aşıq Abbas Tufarqanlı və digərlərinin təbiətə həsr etdiyi şeirlər, yaxud poemalardan parçaların yer aldığı topluda günümüzün istedadlı qələm sahibləri də öz şeirləri ilə təmsil olunub. 

Almanaxda türk dünyasında da geniş şəkildə tanınan Türkiyə şairlərinin şeirlərinə də rast gəlmək mümkündür. Yunus İmrə, Qaracaoğlan, Dadaloğlu, Seyrani, Məsləki, Tofiq Fikrət, Yəhya Kamal, Əhməd Haşim, Nəcib Fazil Qısakürək, Fazil Hüsnü Dağlarca, Orxan Vəli şeirlərində təbiət mənzərələrinin, təbiət gözəlliklərinin əksini görə bilirik.

Azərbaycan poeziyasına öz möhürünü vurmuş Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Məmməd Araz, Xəlil Rza, Musa Yaqub, Fikrət Qoca, Hüseyn Arif, Nəbi Xəzri, Qabil, Söhrab Tahir, Nüsrət Kəsəmənli, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Məmməd İsmayıl, Vahid Əziz, Vaqif Bayatlı Ödər, Ramiz Qusarçaylı, Rəşad Məcid, Əjdər Ol, Qulu Ağsəs, İlqar Fəhmi və bir yazı tələblərinə görə adını çəkə bilmədiyim onlarla söz adamının bədii nümunələrində yaz sevgili, payız sevdalı, təbiət ruhlu ovqata köklənirsən. Bu ovqata son dövrün isteadlı gənc qələm sahiblərindən Aqşin Yenisey, Leyla Əliyeva, Konül Arif, Emin Piri, Şəhriyar Del Gerani, Ruslan Dostəli, Nadir Yalçın və başqalarının şeirlərində də rast gəlmək mümkündür.

Almanaxada ümumilikdə 286 müəllifin bəzilərinin bir, bəzilərinin iki, bəzilərinin üç və digər sayda nümunələri oxuculara təqdim olunub. 700 səhifəlik almanaxda "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Tahir və Zöhrə", "Aşıq Qərib" kimi dastanlardan da təbiətlə bağlı şeirlər özünə yer tapıb.

Dağlara, yağışa, payıza, çaylara, dənizə, ağaclara, quşlara, küləyə, müxtəlif çiçəklərə, bir sözlə, təbiəti təmsil edən məfhumlara həsr olunmuş bu şeirlərin hər biri oxucu qəlbində yaşıl ümidlər göyərdir, oxucu yaddaşında yamyaşıl sevgi nəğmələri kimi dilə gəlir, oxucu qulağına yaşılımsı sirlər pıçıldayır. 

"Yaşıl Dünya Naminə Həmrəylik İli"nə Azərbaycan Yazıçılar Birliyinin, eyni zamanda qələm sahiblərinin, sözümüzün, ədəbiyyatımızın dəyərli töhfəsi olan bu almanax təbiət sevdalı oxucular üçün də maraqlı bir nəşr olacaqdır.

Bir sözlə, "Yaşılım, Yaşılım, hara gedirsən?" adlı təbiətə həsr olunmuş şeirlər toplusu özlüyündə yamyaşıl poeziya çələngidir.

Sonda Hafiz Baxışın şeirindən dilimə gələn bir bənd həm bu almanaxın, həm də ölkəmizin yaşıl dünya naminə həmrəyliyinin poetikləşmiş təqdimi kimi çıxış edir:

Coşğun çaylar nəğmə deyən dilindir,

Şəlalələr ağ duvaqlı gəlindir.

Ağ günlüyəm, Azərbaycan elimdir,

Gül, ey vətən, dövran bizdə qəşəngdir,

Sən qəşəngsən, ömrümüz də qəşəngdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Dekabr 2024 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri