525ci qəzet Yaponiya sahillərində zəlzələ
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyanın Honsü adasının şərq sahillərində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 220 min insanın yaşadığı Xatinoxe şəhərindən (Aomori prefekturasının şimalı) 96 km cənub-şərqdə, zəlzələ ocağı 50 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

