525ci qəzet Zelenski: Rusiyadan bəzi əraziləri geri almaq üçün diplomatik həll yolları lazımdır
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsində Moskva administrasiyasının zəbt etdiyi bəzi torpaqların zorla geri alınmasının çətin olacağını və bu məsələdə diplomatik həll yolları tapmalı olduqlarını bildirib.
525.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Yaponiyanın Kyodo agentliyinə müsahibəsində Zelenski tərəfdaşlarının müharibədə ölkəsinə dəstəyinin qeyri-kafi olduğunu bildirib.
NATO-nu Ukraynanı “üzvlük danışıqlarına” dəvət etməyə çağıran Zelenski “Rusiyanın 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımı və müharibədə zəbt etdiyi bəzi yerləri zorla ələ keçirməyin çətin olacağını” bildirib. Bu məsələdə diplomatik həll yolları tapılmalıdır.
Müharibənin mürəkkəb dövrə girdiyinə işarə edən Zelenski bəzi şərtlərin qəbul ediləcəyi təqdirdə Rusiya ilə danışıqlara hazır olduqlarını bildirib.
Ukrayna prezidenti Zelenski əlavə edib ki, ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp və komandası Ukrayna üzərində işləyir.
Ləman İlkin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 05 Dekabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















