Icma.az
close
up
RU
52ci məhəllə ilə bağlı Zakir Fərəcova müraciət: Yollar vəziyyətdədir ki... (FOTO/VİDEO)

52ci məhəllə ilə bağlı Zakir Fərəcova müraciət: Yollar vəziyyətdədir ki... (FOTO/VİDEO)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərinin 52-ci məhəlləsinin sakinləri daxili yolların bərbad olmasından şikayətçidirlər. 

Qaynarinfo-ya müraciət edən sakinlərin sözlərinə görə, məhəllənin yolları o vəziyyətdədir ki, nəqliyyatın hərəkəti demək mümkün deyil. 

"Xüsusilə, payız və qış aylarında vəziyyət acınacaqlı olur. Uşaqları məktəbə aparıb-gətirmək olmur. Yollarının dağılmış və bərbad vəziyyətdə olması üzündən yağış yağan kimi gölməçələr yaranır. Həmçinin işıqlandırma yoxdur. Bu da axşam saatlarında hərəkəti çətinləşdirir. Məhəllədə asfalt örtüyü də dağılıb. 52-ci məhəllədə yaşayan ahıl adamlar, uşaqlar bu yollarda hərəkət edə bilmir. Məhəlləmizdə Qarabağ əlilləri, qazilər yaşayır. Hamı kimi onlar da zülm çəkir", deyə sakinlər bildirib. 

Şikayətçilərin sözlərinə görə, problemlə əlaqədar Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət ediblər: 

"İcra başçısına dərdimizi demişik. Məktub ünvanlamışıq. İstəyimiz odur ki, yollar təmir edilsin, işıqlandırılsın, eyni zamanda məhəllədə abadlıq işləri aparılsın. Hələ ki, bir nəticə olmadığından düşündük ki, bəlkə müraciətimiz cənab başçıya çatmayıb. Ona görə də məsələni icitmailəşdirmək qərarına gəldik".

Sakinlər bildirir ki, şəhər rəhbərliyi tədbir görməyəcəyi təqdirdə ölkə başçısına müraciət ünvalayacaqlar. 

Sumqayıt Şəhər İcra Hakimiyyəti cari ildə Sumqayıtda küçə və məhəllə-mikrorayon ərazilərində asfalt örtüyünün əsaslı təmiri işləri ilə bağlı iki tender keçirib. Tenderlərdən birinin qalibi "Dream Construction Company", digərinin qalibi isə "Proqress İnşaat En" şirkəti olub. Bu tenderlər üzrə satınalma müqavilələrinin maliyyə dəyəri toplam olaraq 3 126 069, 28 manat təşkil edib. 

Seyid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri