Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına stop qoyuldu
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova yaxın kadrın ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qaynarinfo-nun məlumatına görə, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Əhmədov Şəhriyar Mənaf oğlu olan "Sumqayıt Şəhər Təmizlik Departamenti" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) 315584.25 AZN vergi borcu yaranıb.
Sözügedən borca görə Şəhriyar Əhmədovun ölkədən çıxışına məhdudiyyət qoyulub.
Qeyd edək ki, Şəhriyar Əhmədov Zakir Fərəcov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olduğu illərdə (2005-2015) Abşeron Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin rəisi olub. O, hazırda "Abşeron İnşaat Servis" MMC-nin qanuni təmsilçisidir. Şəhriyar Əhmədov 2024-cü ilin fevral ayından "Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC-nin qanuni təmsilçiliyinə keçib.
Aydın
Baxış sayı:112
Bu xəbər 02 Sentyabr 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















