Icma.az
close
up
RU
53 yaşında 13 cü diplomunu aldı

53 yaşında 13 cü diplomunu aldı

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Yalovada yaşayan 53 yaşlı oxuduğu 13-cü universitetini də fakültə birincisi olaraq bitirib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, evil və bir uşaq anası olan Esen, oxuduğu 13-cü universiteti fakültə birincisi olaraq bitirib. 

Onun bu təhsil marafonu bir çox insan üçün ilham mənbəyidir. Melda Sarıtaş Esen ilk universitet təhsilinə 1989-cu ildə Yıldız Texniki Universitetinin Elektronika və Rabitə mühəndisliyi fakültəsində başlayıb. Normalda dörd ildə bitirməli olduğu bu bölümü 28 fevral dönəmində baş verən siyasi və ictimai çətinliklər, xüsusilə də başörtüsü qadağası səbəbindən altı ilə başa vurub. Hətta o qədər ağır şəraitdə təhsil alıb ki, məktəbi bitirdikdən sonra məzuniyyət mərasiminə qatıla bilməyib, onun yerinə diplomunu qardaşı götürüb.

Melda Esen o dövrləri belə xatırlayır: “O illərdə bir qız tələbənin mühəndislik fakültəsinə getməsi artıq qeyri-adi qarşılanırdı.”

Amma yaşadığı bütün çətinliklər onda təhsilə qarşı daha da güclü maraq oyadıb. Onun üçün təhsil sadəcə diplom deyil, həm də şəxsi inkişaf yoludur. İlk diplomundan sonra dayanmayıb, fərqli sahələrdə bilik əldə etmək məqsədi ilə həm açıq təhsil, həm də əyani olaraq yeni fakültələrə yazılıb və cəmi 13 universitet diplomu əldə edib.

Bakalavr səviyyəsində Dövlət idarəçiliyi, Uşaq inkişafı, Hərəkət və idman elmləri ixtisaslarını bitirən Esen, orta ixtisas səviyyəsində isə Kommunikasiya sənətləri, Mühasibat və vergi tətbiqləri, Ədliyyə, Kənd təsərrüfatı texnologiyaları, Sosial xidmətlər, Mədəni irs və turizm, Aşpazlıq və sağlıq müəssisələrinin idarəçiliyi ixtisaslarını tamamladı. Son olaraq da Yalova Universitetinin Yeni media və kommunikasiya fakültəsini birinciliklə bitirərək, ümumilikdə 11-i açıq təhsil, 2-si isə əyani təhsil olmaqla 13-cü universitet diplomunu alıb.

28 fevral dövründə yaşadığı çətinliklərin onu daha da motivasiya etdiyini bildirən və ömür boyu oxumağa davam edəcəyini vurğulayan Melda Sarıtaş Esen deyib: “Uşaqlığımdan ensiklopediya oxuyan, hər mövzuda məlumat almağa maraqlı bir uşaq idim. Müəllim ailəsində böyümüşdüm. Oxumağa olan həvəsim heç vaxt tükənmədi.

İlk universitetimi baş örtüyü qadağası səbəbilə çox çətin şərtlərdə bitirdim. Məzun olduqdan sonra diplomumu almağa gedəndə məni universitetin qapısından belə içəri buraxmadılar. Qardaşıma vəkalət verib diplomamı onun almasını təmin etdim. Bu proses məni daha da motivasiya etdi. Bugünkü nöqtəyə çatmağım mənim üçün bir nəticə deyil, sadəcə bir dayanacaqdır. Oxumağa davam edəcəyəm”.

“DOKTORANTURA OXUMAQ İSTƏYİRƏM”

17 yaşlı qızının imtahan dövrləri ilə öz imtahanlarının eyni günlərə düşməsi səbəbilə birgə stress yaşadıqlarını ifadə edən Esen dedi: “Qızımla zaman-zaman eyni stressləri yaşadıq. Hətta o mənə zarafatla deyir: ‘Ana, sənə çata bilmərəm’. Ailəm artıq bu tempimə öyrəşib. Anam əvvəllər ‘Təkcə oxuyun yetər’ deyirdi, indi isə ‘Yetər qızım’ deyir. Amma bu şirin bir yorğunluqdur. Nəticədə əldə etdiyiniz uğur və bilgi hər şeyə dəyər.

Yeni media və kommunikasiya fakültəsində başladığım magistr təhsilini də birinciliklə qazandım və hazırda dissertasiya mərhələsindəyəm. Əgər şərait uyğun olsa, kommunikasiya sahəsində doktorantura təhsili almaq istəyirəm. Düşünürəm ki, bu sahə xüsusilə bu günümüzdə çox önəmlidir”.

“DƏRS QEYDLƏRİMİ TƏLƏBƏ YOLDAŞLARIMLA PAYLAŞIRDIM”

Yaş olaraq sinifin ən böyüyü olmasına baxmayaraq, sinif yoldaşları ilə asanlıqla ünsiyyət qurduğunu bildirən Esen belə danışdı: “Fakültəmizdə yaşca ən böyük mən idim. Əvvəlcə tələbə  bir az çəkinmə olurdu. Sonra onlar da gördülər ki, mən də dərslərlə maraqlanıram və yavaş-yavaş ünsiyyətimiz quruldu. Hətta bəzən onlar dərsə gəlmədikdə, mən çalışırdım dərsləri buraxmayım. Bəlkə də cəmi bir dəfə dərsdən qalmışam.

Dərs qeydlərini də bacardığım qədər tutmağa çalışırdım. Onlar məndən xahiş edirdilər ki, qeydləri onlarla paylaşım. Aramızda o qədər səmimiyyət yarandı ki, gec saatlarda belə imtahan ərəfəsində mənə mesaj yazıb qeyd istəyirdilər. Mən də göndərirdim, çünki onları bir dost, qardaş, övlad kimi görürdüm və sevirdim. Buna görə də heç tənbəllik etmədən, yorulmadan qeydlərimi paylaşırdım”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri