Tramp SÖZ verdi: Hakimiyyətdən gedəcək
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Tramp prezidentlik müddəti başa çatdıqdan sonra vəzifəsini tərk edəcəyinə söz verdi
ABŞ Prezidenti Donald Tramp seçicilər arasında geniş dəstəyə malik olmasına baxmayaraq, prezidentlik müddəti başa çatdıqdan sonra vəzifəsindən ayrılacağını vəd edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə “New York Post” qəzetinə müsahibəsində danışıb.
“Bəli, gedəcəyəm. Yenidən namizədliyimi irəli sürməkdən məmnun olardım, amma qanunun müddəaları çox sərtdir. Yenidən seçkilərdə iştirak etmək istərdim. Bir neçə gün əvvəl sorğu keçirilib və mən bütün rəqiblərimi böyük fərqlə qabaqlamışam”, – deyə Tramp bildirib.
ABŞ lideri qarşıda Ağ Evdə fəaliyyət göstərmək üçün daha iki ilinin olduğunu və bu müddətdə çox iş görə biləcəyini vurğulayıb.
Qeyd edək ki, Donald Tramp 2017–2021-ci illərdə də ABŞ prezidenti olub və 2025-ci il yanvarın 20-də yenidən bu vəzifəyə başlayıb. ABŞ Konstitusiyasına edilən 22-ci düzəlişə əsasən, eyni şəxs prezident vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
ABŞ-də növbəti prezident seçkilərinin 2028-ci ildə keçirilməsi nəzərdə tutulur. Tramp daha əvvəl üçüncü dəfə prezident seçilmək ehtimalını istisna etməyib və bunun üçün istifadə edə biləcəyi müəyyən “üsulların” olduğunu bildirmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 02 Noyabr 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















