54 şəxs və 29 təşkilat Aİnin 15ci sanksiya paketinə daxil ediləcək
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 15-ci sanksiya paketinin “qara siyahı”sına 54 şəxs və 29 təşkilat daxil ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “EUobserver” portalı məlumat yayıb.
Bundan əlavə, yeni sanksiya paketi çərçivəsində Aİ 34 şirkət və 47 gəmini “boz siyahı”ya (əlavə nəzarət tələb edən) daxil edəcək.
Qeyd edilib ki, “qara siyahı”ya Koreya Xalq Demokratik Respublikasından yüksək vəzifəli general, niderlandlı neft treyderi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqəli iş adamı daxil ediləcək. Layihə, həmçinin İran istehsalı olan "Shahed” tipli pilotsuz uçuş aparatlarını da əhatə edir.
“Boz siyahı” layihəsinə iki Serbiya, Hindistan, Tailand və BƏƏ-dən olan şirkətlər salınıb.
Məlumata görə, 15-ci sanksiya paketinin layihəsinin böyük hissəsi hələ də Rusiya vətəndaşlarını əhatə edir. Sanksiya siyahısına Rusiya hərbçiləri və iş adamları daxil ediləcək.
Aİ, həmçinin nəşrdə "Alisa Dolina" adlandırılan rus müğənni və aktrisa Larisa Dolinaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Qeyd edək ki, təşkilat hələ 15-ci sanksiya paketini qəbul etməyib. Onun müzakirəsi noyabrın 27-də başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 28 Noyabr 2024 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















