Sibiha: Orban Ukraynanın Aİ yə üzvlüyünü bloklayaraq Zakarpatiya macarlarına zərər vurur
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynanın Avropa İttifaqına üzvlüyünü uzun illər ərzində əngəlləmək barədə bəyanatları yalnız Ukraynaya deyil, eyni zamanda Zakarpatiyada yaşayan etnik macarların maraqlarına da ziddir.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiha bildirib.
Nazirin sözlərinə görə, bu cür ritorika macar xalqının tarixi travmalarının manipulyasiyası və siyasi məqsədlər üçün istifadəsi kimi qiymətləndirilməlidir.
O qeyd edib ki, Orbanın və onun komandasının Ukraynada yaşayan macarların rifahı və təhlükəsizliyi ilə bağlı real marağı yoxdur.
Sibiha vurğulayıb ki, Ukraynanın Aİ-yə üzvlüyünün bloklanması faktiki olaraq Rusiyanın maraqlarına xidmət edir və Avropada müharibənin uzanmasına şərait yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 25 Yanvar 2026 05:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















