55 il öyrətdi, bu dəfə kövrəltdi... Allahverdi müəllimin son arzusu
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İmişlidə uzun illər pedaqoji fəaliyyət göstərmiş Allahverdi Məmmədov vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 1946-cı il təvəllüdlü Allahverdi Məmmədov rayonun Ayaz Kərimov adına Bəcirəvan kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışıb.
O, ömrünün 55 ilini Bəcirəvan kəndində gənc nəslin təlim-tərbiyəsinə həsr edib. Müəllimin yetirmələri arasında müxtəlif sahələrdə tanınan şəxslər də var.
Allahverdi Məmmədovla vida mərasimindən sonra onun cənazəsi çalışdığı məktəbin həyətinə gətirilib. Daha sonra müəllim həmkarları, şagirdləri və kənd sakinlərinin iştirakı ilə son mənzilə yola salınıb.
Məlumata görə, Allahverdi müəllim vəfatından əvvəl cənazəsinin çalışdığı məktəbə gətirilməsini vəsiyyət edibmiş. Onun son arzusu ailəsi və həmkarları tərəfindən yerinə yetirilib.
Ziya Əmirxanlı


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 20 Avqust 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















