58 illik arvadına hər ad günündə çiçək əvəzinə görün nə hədiyyə edir (Video)
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Türkiyənin Aksaray şəhərində yaşayan fermer Ramazan Keser həyat yoldaşına göstərdiyi diqqətlə marağa səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, illərdir Ümmü Keserin ad gününü ənənəvi çiçək buketi ilə deyil, öz bağında yetişdirdiyi üzümlərlə qeyd edir.
Ramazan bu dəfə də həyat yoldaşını fərqli hədiyyə ilə sevindirib. O, bağında yetişən üzümlərdən buket hazırlayaraq Ümmü Keserə təqdim edib.
Fermer bildirib ki, çiçək və tort hazırlamağı bacarmadığı üçün belə bir üsula əl atıb. Onun sözlərinə görə, həyat yoldaşına üzüm hədiyyə etməsinin əsas səbəbi ona olan sevgisi və dəyər verməsidir.
Ramazan Keser qeyd edib ki, Ümmü Keser hər dəfə bu hədiyyəni alanda sevinir. Buna görə də o, illərdir davam etdirdiyi ənənədən vaz keçmir.
Cütlüyün bu səmimi hekayəsi bir daha göstərir ki, sevgini ifadə etmək üçün bahalı hədiyyələrə ehtiyac yoxdur. Bəzən insanın öz əlləri ilə hazırladığı kiçik bir sürpriz ən qiymətli hədiyyəyə çevrilə bilər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 25 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















