Icma.az
close
up
RU
6 aylıq uşağın inkişafı

6 aylıq uşağın inkişafı

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İlin ilk yarısının sonunadək uşaq ona yeni olan yeni bacarıqları öyrənir.

O, oturmağa, qalxmağa və sürünərək hərəkət etməyə başlayır. O, böyüklərlə ünsiyyət prosesində fəal iştirak edir, emosiyaları aydın olur, xarakter xüsusiyyətləri daha da güclənir.

6 aylıq uşaq daha nələri bacarmalıdır:

- Orta hesabla, 6 aylıq körpənin çəkisi təxminən 7,5-9 kq, boyu 66–68 sm olmalıdır.

- Bu ayda uşağın baş çevrəsi 43,5-45 sm, döş qəfəsi isə 45-46 sm təşkil edir.

- Kənar yardım olmadan, bir tərəfdən digər tərəfə çevrilə və beli düz şəkildə otura bilir.

- Hərəkət edərək, yerini dəyişməyə çalışır.

- Əgər uşağın qoltuğunun altında saxlasaq, o, möhkəm bir səth üzərində, özünə inamlı duracaq.

- Əgər onun əlindən həvəslə oynadığı bir əşyanı alsaq, uşaq narazılıqlarını ifadə edəcək.

- Ətrafa baxaraq, əlindən düşdüyü predmeti axtararır.

- Yemək dadlarını fərqləndirir. Hansısa məhsulları xoşlaya, hansısa məhsulları isə xoşlamaya bilər.

- Böyüklərin dəstəyi ilə tutulan fincandan içə bilir. Qaşıqdan dodaqları ilə yeməyi yaxşı götürüb, yeyə bilir.

- Musiqi dinləyir, bəzən təkrar etməyə çalışır.

- Öz adına reaksiya verir.

- Başını çox yaxşı kontrol edir. Her yerə dönə bilir.

- Ona yad olan adamların yanında ehtiyatlı davranır.

- Fərqli üz ifadələrinə və nitq tonuna fərqli reaksiya verir.

- Uzun müddət anasını buraxmır, özünə daha çox diqqət tələb edir.

- Əgər hər hansı bir problem yoxsa körpənizi ana sütü ilə bəsləməyə davam etməlisiniz.

- Nəsə deməyə çalışır. Ondan va-va-va, bu-bu-bu, bu-a-a tipli səslər eşitmək olar. Bu dövrdə körpə ana dilinin fonemlərini, onların ifadəsini öyrənməyə başlayır və inkişafın bu mərhələsi, nitq fəaliyyəti üçün son dərəcə vacibdir.

- Bəzən bu yaşda olan uşaqlar gündüz daha az yatmağa başlayırlar. Bu vəziyyətdə valideynlər gündüz yuxu saatlarının sayını azaltmağa çalışırlar, amma bu düzgün deyil. Uşaq gündə üç dəfə  1,5-2 saat olmaqla yatmalıdır. Gecə yuxusu bu zaman 10 saata yaxın təşkil etməlidir. Əgər diş çıxarırsa bir neçə  günyuxusuzluğa hazır olmalısız.

- Hər uşaq fərqli cür inkişaf edir. Bəziləri bu dövrdə iməkliyə bilirsə, bəziləri danişmağa can atır, bəziləri isə oyuncaqlarını uzun zaman incələməyə maraqlı olur. Bu səbəblə mənim uşağım niyə bunu bacarmır deyə narahat olmayın. Həkiminizlə məsləhətləşərək və səbrli olmağa çalışın.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see393

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see308

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see300

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see270

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see249

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see241

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see209

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see201

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see189

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see173

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see172

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see170

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see168

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see167

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see167

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see166

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see165

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see159

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see150

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri