Icma.az
close
up
RU
6 cı İslam Həmrəylik Oyunları idman tarixinin ən yaddaqalan yarışları olacaq

6 cı İslam Həmrəylik Oyunları idman tarixinin ən yaddaqalan yarışları olacaq

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları ötən həftədən start götürüb. Noyabrın 21-nə qədər davam edəcək və 57 İslam ölkəsinin 23 idman növündə iştirakı etdiyi Oyunlar bu dəfə də sülhün və müxtəlifliyin təbliği baxımından əhəmiyyətli platformadır. Burada 3500 idmançı öz bacarığını sınamaqdadır. Yarışlar dörd məkan klasteri üzrə keçirilir. 57 ölkənin nümayəndə heyəti üzvlərini Atletlər Kəndində Xüsusi Qarşılama Mərasimi keçirildi, mərasimdə mən də çıxış etdim.

Azərbaycan idmançıları mötəbər yarışda uğurlu çıxışlarını davam etdirirlər. Qeyd edim ki, Azərbaycan komandası bu Oyunlarda 20 idman növündə 169 atletlə mübarizə aparır. Ölkəmiz ən çox idmançı ilə güləş (18), həndbol (16) və qılıncoynatma (15) növlərində təmsil olunur. Bundan əlavə, futzal, cüdo, voleybol və üzgüçülük komandalarımız da geniş heyətlə yarışlarda mübarizə aparacaq. Azərbaycan 34 mükafatla (5 qızıl, 11 gümüş, 18 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb.
Ötən gün boks üzrə yarışan Azərbaycan idmançılarını izlədim, onlarda yüksək nəticə əldə etdilər. Qeyd edim ki, idmançılar və tamaşaçılar üçün çox maraqlı, innovativ formatda bir arena hazırlanmışdı. Bu Oyunlar birgə İslam fəaliyyətinin və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığa dəstəyin vacibliyini vurğulayır. İdman sülh, birlik və anlaşmanın təşviqi üçün körpü rolunu oynayır.
Təşkilatçılıq da yüksək səviyyədədir. VI İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Atletlər kəndində də idmançıların şəraiti ilə mütəmadi tanış oluruq. Burada xidmət səviyyəsi yüksək standartlara cavab verir. Müxtəlif ölkələrin nümayəndələrindən də müsbət rəylər alırıq.
Xatırladım ki, ilk Oyunlar da 2005-ci ildə məhz Səudiyyə Ərəbistanında təşkil olunmuşdu. İyirmi illik fasilədən sonra Səudiyyə Ərəbistanı İslam dünyasının idmançılarını yenidən bir araya gətirib. Məlumat üçün deyim ki, oyunlar çərçivəsində müxtəlif müzakirələr də təşkil olunur.
Belə ki, İSSA Koordinasiya Komissiyasının sədri kimi, 50-dən çox üzv ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə bir araya gələrək Oyunların 6-cı buraxılışının uğurlu keçirilməsi üçün əsas təşkilati məsələləri müzakirə etdik. Həmçinin ISSA İcraiyyə Komitəsinin 44-cü iclasında iştirak edərək, həmkarlarımızla birgə məhsuldar fikir mübadiləsi apardıq. Eyni zamanda 5 gün əvvəl 57 ölkənin Milli Olimpiya Komitələrinin prezidentləri, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrinin, beynəlxalq federasiya rəhbərləri və digər qonaqların iştirak etdiyi 14-cü İSSA Baş Assambleyasında da çıxış edərək Koordinasiya Komissiyasının gördüyü işlər barədə auditoriyaya ətraflı məlumat verdim.

İki gün əvvəl isə Səudiyyə Ərəbistanının İdman Nazirliyinin "İdmanda qadınlar" mövzusunda təşkil etdiyi konfransda iştirak etdim. Konfransın əsas məqsədi bölgədə idman sahəsində qadınların rolunun gücləndirilməsi, qadın liderliyinin təşviqi və gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsi idi. Bu platformada idman ekosistemində transformasiya prosesləri, inklüzivlik, gender bərabərliyi və davamlı inkişaf istiqamətləri ətrafında geniş müzakirələr aparıldı.
Ümumiyyətlə, İslam Həmrəyliyi Oyunları İslam dünyasında ədalətli rəqabəti təşviq edən, sülh və qardaşlıq dəyərlərini təbliğ edən vacib tədbirdir. Məlum olduğu kimi, 8 il əvvəl 2017-ci il İslam Həmrəylik Oyunlarına ev sahibliyi edən Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlanmışdı. Azərbaycan İslam dünyasına nümunəvi standartlar təqdim etmişdi. Ər-Riyad da Bakı kimi böyük beynəlxalq təşkilatlara ev sahibliyi etmək təcrübəsinə malikdir. Bu mənada 6-cı İslam Həmrəylik Oyunlarının da idman tarixinin ən yaddaqalan yarışlar olacağına və İslam dünyasında həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminəm.
Bu oyunlar müsəlman xalqları arasında birlik, inklüzivlik və inkişaf dəyərlərini qeyd edir, idmanın mədəniyyətlər arasında anlaşma körpüsü rolunu gücləndirir.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri