Icma.az
close
up
RU
İslam dünyası ilə həmrəylik

İslam dünyası ilə həmrəylik

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan ICESCO ilə münasibətləri möhkəm təmələ əsaslanır. 1979-cu ildə təşkil edilmiş ICESCO ilə Azərbaycan dövləti yaxından əməkdaşlıq edir. Azərbaycan İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi sahəsində böyük səylər göstərən mühüm təşkilatlardan olan ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir. Müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Dünyada baş verən siyasi proseslər, müsəlman ölkələrindəki müharibə və münaqişələr, bəzi ölkələrdə islamofobiyanın yayılması islam dünyasında həmrəyliyin zəruriliyini bir daha əyani surətdə göstərir. Belə şəraitdə Azərbaycan dünyada həmrəyliyin, eləcə də islam həmrəyliyinin təmin edilməsinin tərəfdarı kimi çıxış edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul etməsi əlaqələrimizin yüksək səviyyədə oluğunu bir daha nümayiş etdirir. Söhbət zamanı ICESCO-nun Baş direktorunun ölkəmizə, o cümlədən Şuşaya səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.

Səlim bin Məhəmməd əl-Malik Şuşa şəhərinin gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını qeyd edib. Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri yüksək qiymətləndirilib. Dövlətimizin başçısı mədəniyyətimizin təşviqinə verdiyi dəstəyə görə ICESCO-nun Baş direktoruna təşəkkürünü bildirərək qeyd edib: "Bir daha sizə Azərbaycana göstərdiyiniz dəstəyə, mədəniyyətimizin, azad edilmiş bölgələrimizin mədəniyyətinin təşviqinə görə minnətdarlığımı bildirirəm. Bir təşkilat olaraq ICESCO Qarabağa ilk səfərlərdən birini həyata keçirib, siz isə orada olmuş ilk əcnəbi vətəndaşlardansınız. Siz bununla həmrəylik nümayiş etdirdiniz, habelə bu ərazilərdə nələrin dağıdıldığı barədə məlumat verərək səsinizi ucaltdınız. Biz bunu heç zaman unutmayacağıq. Sizin rəhbərliyinizlə Şuşanın ICESCO tərəfindən İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi qərarı hər bir azərbaycanlını qəlbən fərəhləndirdi. Cıdır düzündə sizin də iştirakınızla keçirilmiş tədbirdə unudulmaz ab-havanın şahidi oldunuz. Bu, xoşbəxtliyin, qürurun və geri dönüşün vəhdəti idi". Azərbaycan Prezidenti İlham Əliyev bütün bunları nəzərə alaraq, onu Azərbaycanın yüksək dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçımız həmin ordeni ona təqdim edib.

SƏLİM BİN MƏHƏMMƏD ƏL-MALİK: "MƏN BU ORDENİ BİR SİMVOL OLARAQ HƏR ZAMAN XATIRLAYACAĞAM"

Səlim bin Məhəmməd əl-Malik isə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. "Mən bu ordeni dərin minnətdarlıq hissi ilə qəbul edirəm. Bu, yalnız şəxsən mənim deyil, mənimlə birlikdə çalışan və fəaliyyətimdə mənə dəstək olan hər kəsin əməyinə verilən qiymətdir. Həmin insanlar biliyin irəliyə aparılması, mədəniyyətin qorunması və sülhün bərqərar edilməsi istiqamətində əllərindən gələni edənlərdir. Mən bu ordeni bir simvol olaraq hər zaman xatırlayacağam və əminəm ki, mənimlə yanaşı, bu ordenlə ailəm, həmkarlarım və dövlətim də fəxr edəcək".

Ölkəmizin müsəlman dünyası ilə əlaqələrinin genişlənməsi prosesi son dövrlər daha intensiv xarakter almışdır. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ICESCO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir. Təşkilatın rəhbəri 2006-cı ildən etibarən respublikamızda keçirilmiş bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə fəal iştirak etmişdir. Bu sırada Bakıda keçirilmiş "Gənclər sivilizasiyaların alyansı naminə" mövzusunda beynəlxalq konfrans, Heydər Əliyev Fondunun təşəbbüsü, ICESCO-nun dəstəyi ilə keçirilmiş "Mədəniyyətlərarası dialoqda qadınların rolu" mövzusunda forum, "Bakı – İslam mədəniyyətinin paytaxtı – 2009" mədəniyyət ilinin açılış mərasimi, İslam ölkələri mədəniyyət nazirlərinin VI konfransı, Dünya Dini Liderlərinin Bakı Sammiti və Ümumdünya Mədəniyyətlərarası Dialoq və digər tədbirlərin adlarını qeyd etmək yerinə düşər. ICESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sivilizasiyalararası dialoqun təşviqi, təhsil və digər sahələrdə çoxşaxəli fəaliyyətində sözügedən təşkilatla əlaqələri diqqətdə saxlayır.

2-3 dekabr 2019-cu il tarixlərində ICESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan mədəni irs nümunələri -Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu. İslam Konfransı Təşkilatının üzvü və ya müşahidəçisi olmayan ölkə ICESCO-nun üzvlüyünə iddia edə bilməz. Bu baxımdan müstəqil Azərbaycan "İslam dünyasının BMT-si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatın da fəal üzvüdür.

ICESCO-NUN ÖLKƏMİZİN HAQQ İŞİNİ DƏSTƏKLƏYƏN BƏYANATLARI

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində bildirdiyi kimi, Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində böyük səylər göstərir. Tarixi keçmişi, dini. mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan töhfəsini verir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılıb və təhqir olunubdur. 30 ilə yaxın erməni işğalına məruz qalmış Azərbaycanın 20 faizə yaxın torpağı işğal altında idi. BMT-nin Qarabağın Azərbaycana məxsus olduğunu rəsmi sənədlərlə təsdiqləməsinə baxmayaraq, qurum ötən 30 ildə münaqişənin həlli üçün heç bir müsbət addım atmadı.

Ermənistanın Azərbaycan torpaqlarını işğalı, tarixi və mədəni irsimizin dağıdılması, Ermənistanın işğal altındakı torpaqlarda qeyri-qanuni fəaliyyəti kimi bir çox məqamlara münasibət bildirən İSESKO 2016-cı il aprel hadisələrinə də öz mövqeyini bildirmişdir. 2016-cı il aprel hadisələrinə münasibət bildirən ICESCO-nun keçmiş Baş direktoru Əbdüləziz Osman Əl Tüveycri bəyanatında Ermənistanın heç vaxt

BMT-nin 4 qətnaməsini yerinə yetirməyə çalışmadığını və buna görə də təmas xəttində son münaqişələrə görə məsuliyyətin Ermənistana məxsus olduğunu bildirmişdir. Beynəlxalq təşkilatların Ermənistanı işğal

etdiyi rayonları tərk etməyə məcbur etmək üçün kifayət qədər səy göstərmədiyini bildirən Əl Tüveycri, ICESCO-nun Ermənistanın bu zorakılığını pisləyən və beynəlxalq təşkilatları buna son qoymağa və işğal olunmuş rayonlardan çıxarılmasını təmin etməyə çağıran bəyannamə qəbul etdiyini bildirmişdir. 31 yanvar 2019-cu il tarixində İSESKO tərəfindən Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng su anbarından yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirən bəyanat verilmişdir. 5 oktyabr 2012-ci ildə baş tutmuş Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən ICESCO-nun keçmiş baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri bu tədbirdə də vurğulamışdır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalı beynəlxalq hüquqa və BMT-nin qətnamələrinə ziddir. Özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. 44 günlük Vətən müharibəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışdı. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış edərək sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladı. Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın 28 ildən artıq müddətdə Ermənistanın işğalı və hərbi təcavüzü ilə üzləşməsinə baxmayaraq, məhz ölkəmiz 44 günlük Vətən müharibəsindən sonra Ermənistan ilə münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün sülh müqaviləsi təşəbbüsü ilə çıxış edib. Vətən müharibəsi zamanı ICESCO-nun ölkəmizin haqq işini dəstəkləyən bəyanatlar verməsi və müharibədən sonra bölgəyə texniki heyət göndərən ilk beynəlxalq təşkilat olması Azərbaycanda yüksək qiymətləndirilir.

Azərbaycan- ICESCO əməkdaşlığının mühüm nəticələrindən biri də Şuşa şəhərinin 2021-ci ildə "Azərbaycanın mədəniyyət paytaxtı", 2023-cü ildə "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsindən sonra "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsidir. Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği istiqamətində olduqca əhəmiyyətli hadisədir. Şuşanın 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi şəhərin İslam sivilizasiyasının mərkəzlərindən biri kimi əhəmiyyətinin nümayişi üçün yaxşı fürsət olmuş oldu. Bildiyimiz kimi, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsi idi və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində müstəsna rol oynadı. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir.

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see4297

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see352

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see261

Real ın oyunçusuna qırmızı verən hakim cəzalandırılacaq

14 Sentyabr 2025 17:05see146

Mövsümün sonunda Mançester Siti dən ayrılacaq

14 Sentyabr 2025 16:59see144

Yaşlanma əleyhinə inyeksiya

14 Sentyabr 2025 20:01see142

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see141

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see134

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see133

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see131

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see130

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see129

Braziliya lideri Trampı dürüst dialoqa çağırdı

14 Sentyabr 2025 20:42see125

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see122

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see121

Premyer Liqa: Mançester Siti dən rahat qələbə

15 Sentyabr 2025 00:54see119

Ukraynalı səfir infarkt keçirdi

14 Sentyabr 2025 21:34see119

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see119

Təəssüf: Türkiyə yığması qitə çempionu ola bilmədi

15 Sentyabr 2025 00:04see118

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri