Icma.az
close
up
RU
6 cı Yerli şirkətlərin tanıtım sərgisi nin yekunu münasibətilə axşam ziyafəti baş tutub

6 cı Yerli şirkətlərin tanıtım sərgisi nin yekunu münasibətilə axşam ziyafəti baş tutub

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilmiş 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nin yekunu münasibətilə axşam ziyafəti baş tutub.

24 iyun tarixində keçirilən tədbirdə rəsmi qonaqlar, sərgi iştirakçısı olan sahibkarlar və şirkət nümayəndələri iştirak edib.

Tədbirin rəsmi hissəsində açılış nitqilə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov iştirakçılara uğurlar arzulayıb və sərginin iqtisadiyyatın şaxələndirilməsində, yerli şirkətlərin qlobal bazarda mövqelərinin gücləndirilməsində mühüm rol oynadığını bildirib.

Daha sonra İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev öz çıxışında sərginin yerli bizneslər üçün yaratdığı imkanlardan bəhs edib, Azərbaycan iqtisadiyyatının inkişafında özəl sektorun rolunun artdığını, sərginin bu istiqamətdə mühüm platforma olduğunu diqqətə çatdırıb.

Tədbir çərçivəsində 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"nin təşkil olunmasında dəstək göstərən Məlhəm Beynəlxalq Hospital, "Dayun", "N-Advert", "Construction Business Group", "Moon Group", "Global Media Group", "BHB Strategic and Creative CO" şirkətləri, həmçinin UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi plaketlə təltif olunub.

Daha sonra sərgidə öz stendi ilə fərqlənən şirkətlər plaketlə təltif olunublar.

Belə ki, sərgidə "Ən kreativ stend" nominasiyasına layiq görülən "Yurd FM", "Ən yaxşı stend dizaynı" nominasiyasına layiq görülən "LeDiOr Luxury Travel", "Ən innovativ məhsul stendi" nominasiyasına layiq görülən "Soprano Technologies", "Ən aktiv stend" nominasiyasına layiq görülən "ERZ Ofis Mebelləri" və "Ən nümunəvi stend" nominasiyasına layiq görülən "Arzena Design" plaketlə təltif olunub, tədbir möhtəşəm şou proqramla davam edib.

Qeyd edək ki, tədbir çərçivəsində Marsol Academy-nin "Gələcəyin Sahibkarları" layihəsinin iştirakçılarının məzuniyyət mərasimi keçirilib. Bir illik təlim müddətində əldə etdikləri bilik və təcrübəni əks etdirən video çarx nümayiş olunub, məzunlara zəhmətlərini, inkişaflarını və əzmlərini təsdiqləyən diplomlar təqdim edilib.

Nəzərinizə çatdıraq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə keçirilən 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi"ndə tekstil, qida, İKT, təhsil, inşaat, sənaye, logistika və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub, sərgidə 30000-dən çox ziyarətçi iştirak edib.

Sərginin təşkil olunmasında İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi dəstək göstərib.

Sərginin yekun mərasimi yerli şirkətlər üçün yeni işgüzar əlaqələrin qurulması, innovativ ideyaların paylaşılması və gələcək əməkdaşlıqlar üçün mühüm zəmin formalaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://baku.ws
archiveBu xəbər 25 İyun 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see183

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see140

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see133

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see127

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see127

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri