Icma.az
close
up
RU
6 il əvvəl 23 oktyabrda bitən liderlik...

6 il əvvəl 23 oktyabrda bitən liderlik...

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Müxalifətdəki fəaliyyəti dövründə heç vaxt lider kimi qəbul edilməyən Əli Kərimlinin diqqəti cəlb etmək üçün çıxartmadığı “oyun” qalmayıb. 

Adını nə qoyursa-qoysun, “ənzəli”dən “beşdaş”a qədər bütün uşaq oyunlarına oxşayan bu addımlar onun siyasi reklamında heç bir rol oynamadı. Bir zamanlar təxribatçı mitinqlərdən istifadə etməklə siyasi reklama çalışsa da, nəticə alınmadı və ona qalan küçədəki əndrabadi şəkli, stadionda qışqırmağı oldu. “Oyunları” zamanı ətrafındakı bir qrup adamdan başqa aksiyalarına yığışan olmadı. 

İflasın bu mərhələsində manevr etməyə cəhd etdi və bu dəfə sosial şəbəkə manipulyasiyasına başladı. Elə indinin özündə də Əli Kərimli cəmiyyətdən dəstək ala bilmədiyini, insanların çağırışla onun “oyun”larına alət olmadığını və evində oturmaqdan başqa yolunun qalmadığını etiraf edir. Lakin usanmır. 

Gündəmdə qalmaq üçün oturub müxtəlif üsullar axtarır. Gah sosial şəbəkələr üzərindən statuslar paylaşıb insanlara “Mən də varam” deyə özünü sırımağa, fikirlərini aşılamağa və yeni oyunlarına tamaşaçı yığmağa çalışır, gah da öz şəninə siyasi “tostlar”la dedirtməklə özünə təsəlli verir. 

Bu dəfə özü üçün yeni “ideya” kəşf edib. Hər kəsdən əli üzülən Əli Kərimli indi də xarici mətbuata dadanıb. Vaxtaşırı xarici ölkələrdə müxtəlif mətbu orqanlara öz yanından müsahibələr hazırlatdırıb göndərir və müxtəlif üsullarla bunların dərcinə nail olur. Sonra da həmin müsahibələri sosial şəbəkələrdə paylaşıb özündən lider obrazı yaratmaq üçün “mirzələri”nə də həmin müsahibələrini bəyənməyi, rəy yazmağı və paylaşmağı tapşırır. 

Bir sözlə, Əli Kərimli öz şəninə sifarişlə təriflər yağdırır, özünü siyasi fenomen kimi təqdim etməyə çalışır. Guya onun müsahibə verməsi qeyri-adi əhəmiyyətə malik siyasi hadisəymiş. Məqsəd isə özünü cəmiyyətə “lider” kimi təqdim etməkdir. Yəni 30 ildən çoxdur çağırılmış köhnə bayatılar təzədən oxunur. Əli Kərimli gündəmdə qalmaq və özündən süni müxalifət lideri düzəltmək üçün siyasi şoular göstərməklə məşğuldur. 

Amma Əli Kərimli də, çevrəsindəkilər də bir həqiqəti unudurlar ki, siyasi idarəetmədə süni intellektin tətbiq olunduğu bir vaxtda hansısa qəzetə müsahibə verməyi onun zəkasının uğuru, dühası adlandırmaq gülüş doğura bilər. Liderlik keyfiyyəti yalnız xalq arasında geniş sosial bazaya və seçici kütləsinə malik siyasətçilərə aid edilir. Əli Kərimlinin isə belə bir potensialı yoxdur. Onun bütün potensialı 2019-cu il 19 oktyabr mitinqindən sonra Ramiz Mehdiyevin 23 oktyabrda Prezident Adminstrasiyasının rəhbəri postundan çıxarılması ilə bitib. 

Süleyman 
“Cebheinfo.az”

Açar sözlər: Əli Kərimli Ramiz Mehdiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see601

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see291

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see238

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see215

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see208

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see207

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri