Icma.az
close
up
RU
6 qadın kosmosa uçacaq: Astronavt kimi təlim keçdilər

6 qadın kosmosa uçacaq: Astronavt kimi təlim keçdilər

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“California Gurls”, “Dark Horse” və “Roar” kimi mahnılarla tanınan məşhur müğənni Katy Perry kosmosa gedir.


Sherg.az xəbər verir ki, Amazonun qurucusu Jeff Bezosun sahibi olduğu “Blue Origin” aerokosmik şirkəti tərəfindən planlaşdırılan səfərdə Aisha Bowe, Amanda Nguyễn, Gayle King, Kerianne Flynn və Lauren Sánchez kimi tanınmış adlar da yer alır.

“NS-31” missiyası çərçivəsində həyata keçiriləcək və təxminən 10 dəqiqə davam edəcək kosmik səfər bu gün baş tutacaq. Uçuş “New Shepard” adlı raketlə həyata keçiriləcək.


Kosmik gəmi Yerə qayıtmamışdan əvvəl təxminən 4 dəqiqə ərzində çəkisizlik mühitində uçacaq və ümumi uçuş müddəti 10 dəqiqədən bir qədər çox ola bilər.

Təxminən 100 kilometr yüksəkliyə qalxacaq və Karman xəttini bir qədər keçəcək “New Shepard” raketi səs sürətinin 3 qatından artıq sürətə çatacaq.

“Blue Origin” şirkəti 2021-ci ildən bəri kosmik turizm çərçivəsində 10 dəqiqəlik ödənişli uçuşlar həyata keçirir.


60 İLDƏN SONRA BİR İLK

60 ildən artıq müddətdən sonra ilk dəfə yalnız qadınlardan ibarət bir heyət kosmik missiyaya qatılır.

Son dəfə 1963-cü ildə rus astronavt Valentina Tereşkova kosmosa çıxmışdı.


ASTRONAVT KİMİ TƏLİM KEÇDİLƏR

Tamamilə qadınlardan ibarət 6 nəfərlik heyət son hazırlıqlarını tamamlayıb. “Blue Origin” tərəfindən edilən paylaşımda məşhur adların astronavt dərsləri keçdiyi bildirilib.


Amerikalı müğənni Katy Perry AP agentliyinə verdiyi açıqlamada bunları deyib:


“Hər gün özümə deyirəm: ‘Cəsarətlisən, ürəklisən, gələcək nəsillərə, xüsusilə də gənc qızlara ilham vermək üçün bunu edirsən.’”


SOSİAL MEDİADA PAYLAŞDI

Müğənni təlim prosesindən görüntüləri sosial media hesabında da paylaşıb.

“O qədər çox məlumat var ki, həzm etmək çətindir. Günü demək olar ki, başa vurduq. Bizə kapsulu göstərdilər və başqa bir kapsulda simulyasiyalar etdik. Kapsulun adı ‘Tortoise’ (tısbağa) idi,” – deyən Perry daha əvvəlki açıqlamalarında belə deyib:

“Əgər mənə kosmosa gedəcək ilk qadın heyətinin üzvü olacağımı desəydiniz, inanardım… Uşaqlıqda xəyal gücümün sərhədi yox idi.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:311
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Aprel 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri