Icma.az
close
up
RU
6 qitədə 77 terminalı ilə aparıcı qlobal dəniz limanı operatoru “DP World” şirkətlər qrupu AZƏRTAC

6 qitədə 77 terminalı ilə aparıcı qlobal dəniz limanı operatoru “DP World” şirkətlər qrupu AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb. Görüşdə “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparılıb. Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulanıb, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

AZƏRTAC şirkət haqqında qısa məlumatı təqdim edir.

“DP World” dünyanın ən böyük liman operatorlarından biridir. Şirkət coğrafi diversifikasiya baxımından da liderlər sırasındadır. “DP World” dünyanın ən böyük investoru və tərtibatçısı, BƏƏ hökumətinə məxsus şirkət olan “Dubai World” tərəfindən idarə olunur.

Şirkət 2005-ci ildə “Dubai Ports Authority” və “Dubai International Ports”un birləşməsi nəticəsində yaranıb. 2006-2009-cu illər arasında şirkət beynəlxalq limanların idarə edilməsi layihələrinin inkişafına 1,91 milyard dollar sərmayə qoyub. Bu, şirkətin artan qlobal mövcudluğuna töhfə verib, dünyada üçüncü mövqe və ən böyük özəl dəniz limanı investoru adını qazanmasına kömək edib. 2017-ci ildə “DP World”ün konteyner ötürmə qabiliyyəti 70,1 milyon TEU təşkil edib. Şirkətin 2018-ci ildə gəliri 5,65 milyard dollar olub.

“DP World” hazırda dünya üzrə 80-ə yaxın portunu idarə edir. Onlara altı qitənin 40 ölkəsində, sürətlə inkişaf edən və inkişaf etmiş bazarlarda əhəmiyyətli iştiraka malik 50-dən çox filial şirkəti xidmət göstərir. Konteynerlərin daşınması şirkətin əsas fəaliyyətdir və onun ümumi gəlirinin dörddə üçündən çoxunu təşkil edir.

“DP World” şirkətlər qrupunun törəmə şirkəti “P&O Maritime” dövlət və özəl sektor müştərilərinə logistik həllər təqdim edən yedək gəmiləri, buzqıran gəmilər və çay barjları daxil olmaqla, ixtisaslaşmış gəmilər donanmasına sahibdir və onları idarə edir.

Sultan Əhməd Bin Sulaim “DP World” şirkətinin sədri və baş icraçı direktoru və “Ports, Customs & Free Zone” Korporasiyasının İdarə Heyətinin sədridir. O, BƏƏ-nin aparıcı iş adamıdır. Sultan Əhməd Bin Sulaimin geniş təcrübəsi və uzaqgörən rəhbərliyi Birləşmiş Ərəb Əmirliklərinin bənzərsiz artım tempinə təkan verən Dubay infrastrukturunun, o cümlədən dəniz limanları və azad zonalarının sürətli inkişafını təmin edib. O, “DP World”ün beynəlxalq əlaqələrinin genişlənməsində, o cümlədən “P&O Group”un 6,8 milyard dollara alınmasında mühüm rol oynayıb. Nəticədə şirkət 6 qitədə 77 dəniz və quru terminalı ilə aparıcı qlobal dəniz limanı operatoru statusuna nail olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Yanvar 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri