Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Prezident İlham Əliyev Dublində Naxçıvan dəmir yolunun tikintisinə diqqət yetirib ŞƏRH

Prezident İlham Əliyev Dublində Naxçıvan dəmir yolunun tikintisinə diqqət yetirib ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 16 noyabr, AZƏRTAC

Naxçıvan dəmir yolu layihəsi Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək strateji nəqliyyat xəttidir. Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə Naxçıvan dəmir yolu layihəsi üzrə Aİ tərəfindən aparılan qiymətləndirmənin tezliklə yekunlaşdırılacağını bildirilməsi layihənin beynəlxalq nəqliyyat və iqtisadi əməkdaşlıq baxımından əhəmiyyətini yenidən gündəmə gətirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadi elmləri doktoru, professor Ağarza Rüstəmov deyib.

Onun sözlərinə görə, bu qiymətləndirmə yalnız dəmir yolunun tikintisinə texniki baxış kimi qəbul edilməməlidir.

“Söhbət layihənin iqtisadi səmərəliliyinin, maliyyələşmə imkanlarının, regional nəqliyyat əlaqələrinə təsirinin və Avropa ilə Asiya arasında yükdaşımaların inkişafına verə biləcəyi töhfənin araşdırılmasından gedir. Naxçıvan dəmir yolu Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyat əlaqəsinin yaradılması, ölkənin tranzit imkanlarının genişləndirilməsi və regional iqtisadi inteqrasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, 2026-cı il yanvarın 28-də Azərbaycan və Avropa İttifaqı Naxçıvan dəmir yolu layihəsinin inkişafı ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirakı ilə texniki-iqtisadi əsaslandırma araşdırmasının hazırlanmasına dair razılıq əldə ediblər. Layihə Avropa İttifaqının “Global Gateway” təşəbbüsü və yeni Transregional Bağlantı Gündəliyi çərçivəsində nəzərdən keçirilir. Qiymətləndirmənin əsas məqsədi Naxçıvan dəmir yolu şəbəkəsinin müasir standartlara uyğun bərpası və modernləşdirilməsi üçün zəruri texniki, iqtisadi və maliyyə parametrlərini müəyyənləşdirməkdir.

Aİ-nin Azərbaycan nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri Viktor Boykovun 2026-cı il iyunun 5-də verdiyi açıqlamaya görə, mütəxəssislər Culfa-Naxçıvan istiqamətində texniki baxış keçiriblər. Təxminən 20 kilometrlik məsafənin iş qatarı ilə aşağı sürətlə qət edilməsi də mövcud xəttin texniki problemlərini əyani şəkildə göstərib. Dəmir yolunun bərpası üçün nə qədər investisiya tələb olunduğu, tikinti və təmir işlərinin xərcləri, istifadə olunacaq texnologiyalar, avadanlıqlar və əmək resursları hesablanır və layihənin ilkin dəyərinin təxminən 1 milyard dollar səviyyəsində ola biləcəyi qeyd edilib. Burada mühüm bir məqam da var: söhbət təkcə yeni dəmir yolunun çəkilməsindən getmir. Naxçıvanda mövcud dəmir yolu şəbəkəsinin bərpası və modernləşdirilməsi də layihənin mühüm tərkib hissəsidir”, - deyə Ağarza Rüstəmov vurğulayıb.

Naxçıvan dəmir yolu şəbəkəsinin əsas xəttinin uzunluğu yenidənqurma layihəsi çərçivəsində təxminən 194 kilometr təşkil edəcək. Layihədə 10 stansiyanın, 3 platformanın, 29 körpünün, 11 yerüstü keçidin və digər mühəndis qurğularının tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Modernləşdirmədən sonra bu dəmir yolu xəttinin illik yükdaşıma qabiliyyətinin 15 milyon tona çatdırılması planlaşdırılır. Bu göstərici layihənin yalnız Naxçıvanın daxili nəqliyyat ehtiyaclarına xidmət etməyəcəyini, həm də beynəlxalq yükdaşımalar üçün əhəmiyyətli infrastruktur olacağını göstərir. Horadiz–Ağbənd dəmir yolu isə Azərbaycanın əsas ərazisindən Zəngilan istiqamətinə uzanaraq gələcəkdə Naxçıvanla birbaşa dəmir yolu əlaqəsinin yaradılmasına xidmət edəcək. Bu xəttin uzunluğu 110,4 kilometrdir. Beləliklə, hər iki istiqamətin əlaqələndirilməsi Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında dəmir yolu bağlantısının formalaşmasına, Türkiyəyə və daha geniş beynəlxalq nəqliyyat şəbəkəsinə çıxış imkanlarının genişlənməsinə şərait yaradacaq.

Naxçıvan dəmir yolu layihəsinin Azərbaycan iqtisadiyyatı üçün ən mühüm nəticələrindən biri ölkənin beynəlxalq tranzit imkanlarının genişlənməsi olacaq. Hazırda Avropa ilə Asiya arasında yükdaşımaların inkişafında Orta Dəhlizin rolu artır. Bu marşrut Çin və Mərkəzi Asiya ölkələrini Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirir. Naxçıvan istiqamətində dəmir yolu əlaqəsinin yaradılması bu nəqliyyat sisteminə əlavə imkanlar qazandıracaq. Azərbaycan ərazisindən keçən yük axınları üçün alternativ marşrutlar formalaşacaq, ölkənin beynəlxalq logistika şəbəkəsində iştirakı genişlənəcək.

“Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, Aİ-in Naxçıvan dəmir yolu layihəsinə marağı yalnız Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə məhdudlaşmır. Bu marağın arxasında Avropanın Asiya ilə nəqliyyat əlaqələrini şaxələndirmək və yeni logistika imkanları yaratmaq strategiyası dayanır. Avropa üçün Orta Dəhliz Çin və Mərkəzi Asiya bazarlarına çıxışın alternativ istiqamətlərindən biridir. Bu dəhlizin inkişafı Avropa şirkətlərinə yeni ticarət imkanları yaradır, eyni zamanda təchizat zəncirlərinin bir marşrutdan asılılığını azaldır. Yəni bu gün Avropanın Azərbaycana ehtiyacı var və bu faktorda əməkdaşlıq əlaqələrinin artırılmasını tələb edir”, - deyə professor vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri