İqtisadçı: “Azərbaycan şərabını Avropada 10 avroya sata bilməzsiniz”
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
“Azərbaycanda şərabçılığın inkişafı ilə bağlı iki dövlət proqramı qəbul edilib və hər dəfə proqram qəbul edildikcə, şərab istehsalı və ixracı artmayıb, azalıb.
Bu gün mətbuatda gördüm ki, kənd təsərrüfatı naziri və komandası Azərbaycan şərabçılığını tanıtmaq üçün Monakoya səfər edib. Monako gəzmək üçün gözəl yerdi, buna şübhəm yoxdur, amma, şərab istehsalçıları əvvəl, məsələn, heç olmasa Bolqarıstan bazarına çıxsın ki, Monakonu hədəf ala bilsin, nazir və komandası Monakonu gəzmək istəyirsə, bu başqa məsələ, amma, bunun şərabçılığa ciddi təsir edəcəyini düşünmürəm”.
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. Ekspert rəqəmlər də təqdim edib:
“1) 2021-ci ildə Azərbaycan cəmi 4 mln. dollarlıq şərab ixrac edib ki, bu 2019-cu ildən 47% azdır;
2) 2022-ci ildə Azərbaycan 300 min dekalitr şərab ixrac edib, bu ən yüksək göstəricilərdən biridir;
3) 2025-ci ildə isə ixrac 155 min dekalitrə düşüb, 2022-ci ilə nisbətən ixrac 2 dəfə azalıb”.
Ekspert qeyd edib ki, dövlət dəstək proqramları qəbul edildikcə, istehsal və ixrac azalır: “İxracımızın 85-90%-i Rusiyayadır. Avropaya ixraca baxsaq, insan bilmir ağlasın, ya gülsün: 2024-cü ildə Azərbaycan Britaniyaya 54 min dollarlıq, Polşaya 48 min dollarlıq, Almaniyaya 30 min dollarlıq, Baltikyanı ölkələrə (üç ölkəyə) cəmi 35 min dollarlıq şərab ixracı olub. Siyahıda Fransa, Monako, İtaliya yoxdur, olmayacaq da, bilirsiniz niyə?! Şərab istehsalı və ixracı hekayə quruculuğundan başlayır, əvvəl sən hekayə yaradıb-satmalısan, sonra şərabın özünü.
Bundan başqa, Azərbaycan şərabları arasında yüksək keyfiyyətli şərablar var, amma, çox bahadır, bu bazar dünyada çox rəqəbətli bazardır, Fransa, İtaliya, Çili, ABŞ, Cənubi Afrika və s. ölkələrin istehsal etdiyi şərabları Avropada 3-5 avroya almaq olar, yəni, 6-10 manata yaxşı şərab satılır Buna görə də, hekayəsi, tanıtımı olmayan Azərbaycan şərabını Avropada siz 10 avroya sata bilməzsiniz, bu mümkün deyil”.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















