Icma.az
close
up
RU
“60 cı dəqiqəyə qədər yaxşı oynadıq” Yuri Vernidub

“60 cı dəqiqəyə qədər yaxşı oynadıq” Yuri Vernidub

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Misli premyer-liqasının 27-ci turunda “Neftçi” evdə “Araz-Naxçıvan”a qalib gəldi - 2:1. Oyunsonrası mətbuat konfransında bakılıların baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavabladı.
- Hissələr arasında niyə bu qədər fərq var idi?
- İlk yarıda çox yaxşı oynadıq. Çox imkanımız oldu. Azı 6-7. 60-cı dəqiqəyə qədər yaxşı oynadıq. Psixoloji amil bundan sonra rol oynadı. Həm də futbolçular yoruldular. 60 dəqiqə ərzində yalnız bir təhlükəli epizodları oldu. Buna qədər bizim iki epizodumuz oımişdu. Onda Kenan Piriç xilas etdi. Daha çox işləməliyik. Sevinirəm ki, kapitanımız qayıtdı. O bizim üçün açar fiqurdu.
- Avrokubokların astanasındasız. Üzərinizdə əlavə təzyiq var?
- Təzyiq hiss etmirəm, amma tempimiz artır. Bundan sonrakı oyunlar finala bərabər olacaq. Ancaq irəli davam etməliyik. Rəqiblərimizdən də çox şey asılıdı. “Qarabağ”a və “Zirə”yə hörmətlər. Çıxıb oynayacağıq. Nə olacaq, Allah bilir.
- Siz gələndən sonra Abubakar start heyətində olmayıb. Gələn mövsüm üçün planınızda var?
- Mətbuatı oxuyanda bəzən gülürəm. Bəzi şeylər haqda danışmamışam. Abubakar komanda oyunçusudu. Zədələnmişdi, üç həftə məşqlərə qatılmadı. Formaya düşməsi asan deyil. Sambu məşqlərə başlayıb. 2-3 həftəyə sağalacaq. Bunlar Ştoqrinə də aiddi.
- Sambu qayıdandan sonra da bu taktiki sxemlə oynamağınız mümkündü? Çünki hücumda daha rəngarəngsiz, qol imkanlarınız da daha çoxdu.
- Gözləyək, görək nə vaxt qayıdır. Ondan sonra qərar vərərik (gülür).
- Ukrayna mətbuatında adınız yığma ilə yanaşı hallanır. Belə təklif olsa, nə addım atarsız?
- Əlimi ürəyimə qoyub deyirəm ki, heç kimlə danışmamışam. Yazırlar ki, Kenan qol buraxandan sonra Vernidub onunla yolları ayırmaq istəyir. Necə yaza bilərlər axı? Qapıçı qol buraxar, seyv edər. Təklf yoxdu. 6-10 nəfərlik siyahı olur, bəlkə mənim də adım var. Bu gün “Neftçi”nin baş məşqçisiyəm. Söz vermişəm, hədəflərimiz var. Futbolçularıma təşəkkür edirəm. Məşqlərə çox peşəkar yanaşırlar. Rəhbərliyə də minnətdaram. Komanda ilə rəhbərlik bir olanda bu gücdü.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Aprel 2026 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri