60 illik araşdırmanın nəticəsi: Narıncı pişiklərin sirri açıldı
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
60 illik araşdırmadan sonra pişiklərdəki narıncı rəngin nədən qaynaqlandığı aşkar edilib.
Publika.az xəbər verir ki, bununla bağlı “Stanford” Universitetinin genetiki Qreq Barşın rəhbərlik etdiyi tədqiqat qrupu araşdırma aparıb.
Tədqiqat qrupu narıncı tüklü pişiklərin dəri hüceyrələrində tapılan “Arhgap36” adlı genin digər pişiklərə nisbətən 13 dəfə çox RNT istehsal etdiyini müəyyən edib.
Bu genin zülal kodlayan hissəsindəki mutasiya əvəzinə, genin ifadəsinə təsir edən əskik DNT ardıcıllığı aşkar edilib.
Tədqiqatlar həmçinin cinslər arasında narıncı rəng fərqini də izah edib. Mutasiya olunmuş gen “X” xromosomunda yerləşdiyi üçün erkək pişiklərdə yalnız bir, dişilərdə isə iki nüsxə var. Bu, dişi pişiklərin tüklərində rəngli naxışlara səbəb olur.
Tədqiqatçılar narıncı rəng piqmentinin pişiklərin ümumi sağlamlığına mənfi təsir göstərmədiyini vurğulayıblar.
Roza
Baxış sayı:97
Bu xəbər 30 Dekabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















