PFL dən boykot edilən oyunla bağlı Açıqlama
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq direktoru Sənan Abdullayev Azərbaycan 1-ci Liqasının 7-ci turunun baş tutmayan “Mingəçevir” – “Şahdağ Qusar” matçı ilə bağlı açıqlama verib.
S.Abdullayev QOL.az saytına bildirib ki, meydan sahibi komanda təyin olunmuş vaxtda stadiona gəlməyib:
“Prosedura uyğun olaraq, oyun vaxtı təyin olunub. Rəqib komanda və matçın təşkilinə cavabdeh olan şəxslər müəyyənləşdirilmiş vaxtda stadionda olublar.

Meydan sahibi “Mingəçevir” komandası təyin olunmuş vaxtda stadiona gəlməyib. Əsasnaməyə uyğun olaraq, 30 dəqiqə gözlənilib və matç baş tutmamış hesab olunub. Bununla bağlı yekun qərar İntizam Komitəsinin səlahiyyətindədir”.
Qeyd edək ki, “Mingəçevir”in futbolçuları uzun müddətdir maaşlarını ala bilmədiklərinə görə oyuna çıxmaqdan imtina ediblər. Bu səbəbdən komandaya texniki məğlubiyyət veriləcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 04 Noyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















