60 mindən çox əcnəbinin iştirakı COP29u boykot çağırışlarına uyğun gəlmir Prezidentin köməkçisi
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
60 mindən çox əcnəbinin iştirakı COP29-u boykotla bağlı çağırışlara uyğun gəlmir.
Redaktor.az "reporta" istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib.
"COP29-u boykot etməklə bağlı çağırışlarla əlaqədar tövsiyə edərdim ki, ətrafa baxasınız. Bu gün bu tədbirdə - COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib. Bunun da mütləq əksəriyyətini - 60 mindən çoxunu xaricilər təşkil edir. Bu, bəzi təşkilatların COP29-u boykotla bağlı çağırışlarına uyğun gəlmir. İkincisi, bu tədbir beynəlxalq media təsisatları tərəfindən işıqlandırılır. Burada 3 mindən çox xarici media nümayəndəsinin akkreditasiyası və qeydiyyatı həyata keçirilib", - Prezidentin köməkçisi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Noyabr 2024 10:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















