Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

60 yaşdan sonra “boşanma oyunu” ŞOK İDDİA

60 yaşdan sonra “boşanma oyunu” ŞOK İDDİA

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Statistikaya görə, Azərbaycanda beş il ərzində 60 yaşdan yuxarı şəxslər arasında həm kişilərin, həm də qadınların boşanma sayı təxminən 48 faiz artıb. Bu məsələ cəmiyyətdə ciddi rezonans doğurur və bu tendensiyanın arxasında dayanan səbəblər yeni suallar yaradır. Uzun illər birgə həyat sürmüş, övladlarını böyütmüş, ailənin ən çətin mərhələlərini birlikdə keçmiş insanların yaşlı çağlarında nikaha son qoyması düşündürücü mənzərədir. Bəzi iddialara görə, bu cür boşanmaların arxasında şəxsi münasibətlərdən daha fərqli - mənzil və əmlak maraqları dayanır.

"Milli ailə dəyərlərində və ailə sistemimizdə müəyyən boşluqlar var. Bu boşluqlar artıq neçə illərdir ki, Azərbaycan cəmiyyətində ciddi mənəvi deqradasiyaya və aşınmaya səbəb olur. Son illərdə, xüsusən də son 6 ay ərzində rəsmi boşanmaların 60-70 faizə çatması, hər 100 nikahdan 60-nın boşanma ilə nəticələnməsilə bağlı səsləndirilən fikirlər cəmiyyətdə narahatlıq doğurur. Üstəlik, qeyri-rəsmi, ictimai, vətəndaş və ya dini nikahda olan şəxslər arasında, eləcə də tərəflərin müəyyən məhrəm münasibətlərdən sonra ayrılması ilə bağlı statistik məlumatlar demək olar ki, yoxdur. Bu məlumatlar da əldə olunarsa, ailə münasibətlərində nə qədər böyük boşluqların yarandığı daha aydın görünə bilər. Məhz bu boşluqların nəticəsi olaraq əxlaqi, mənəvi və ailə dəyərlərindəki problemlər getdikcə daha qabarıq şəkildə özünü göstərməyə başlayır".

Bu barədə Musavat.com-a açıqlamasında Vətəndaş Cəmiyyət Alyansı, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, əvvəllər gənclərin nikahdan cəmi bir neçə ay sonra müxtəlif səbəblərlə boşanması daha çox müşahidə edilirdisə, indi mənzərə xeyli dəyişib:

"Əvvəllər öyrəşmişdik ki, gənclər 1 və ya 3 aydan sonra müxtəlif səbəblərlə tez boşanırdılar. Ümumiyyətlə, rəsmi nikaha daxil olub toy edən, sonradan münaqişə yaşayan, övlad və aliment davası ilə məhkəməyə müraciət edən şəxslərin statistikasına baxanda ilk 6 ay ərzində boşananların sayı daha çox olurdu. Amma son vaxtlar bu mənzərə bir qədər qarışıb. Nəzərə alsaq ki, həm gənclər, həm orta nəsil, həm də yaşlı nəslin nümayəndələri arasında həm plansız, həm də "planlı" – məfəət güdən boşanmalar mövcuddur".

Kulturoloq hesab edir ki, bəzi hallarda boşanma şəxsi münasibətlərdə yaranan problemdən deyil, maddi maraqlardan irəli gəlir:

"Buna misal olaraq maliyyə problemləri yaşayan, müflisləşən və ya borcu olan şəxslərin öz əmlakını həyat yoldaşının adına keçirmək üçün məhkəməyə rəsmi boşanma ərizəsi təqdim etməsini göstərmək olar. Son illərdə Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərə evlərin tikilib verilməsi, torpaq sahələrinin ayrılması və onların doğma rayonlarına qaytarılması fonunda bəzi ailələrdə formal boşanma hallarına da rast gəlinir. Statistika göstərir ki, yaşlı nəsil nümayəndələri arasında boşanmaların çoxalmasında məhz bu fakt önəmli rol oynayır. Yəni ər-arvad de-fakto hüquqi cəhətdən boşansalar da, bir yerdə yaşamağa davam edirlər. Burada məqsəd tərəflərin hər birinə ayrıca mənzil almaq mexanizmini işə salmaqdır. Hətta yataqxanada və ya kimsənin evində qalanlar, yaxud ev alanlar bunu rəsmi qurumlardan gizlətmək üçün boşanmaya gedirlər; bütün daşınar və daşınmaz əmlakı tərəflərdən birinin adına keçirib, digərinin adından yenidən ev almaq üçün dövlətə müraciət edirlər".

Mütəxəssis bildirib ki, bu hallar yalnız məcburi köçkünlərlə məhdudlaşmır. Digər vətəndaş kateqoriyalarında, xüsusən həssas qruplar arasında da bu kimi hallara rast gəlinir:

"Təəssüf ki, qazi, veteran və şəhid ailələrində də bu kimi faktlara rast gəlirik. Bu, nə qədər acınacaqlı olsa da, reallığı nəzərə almalıyıq. 2021-ci ildə 60 yaşdan yuxarı şəxslər arasında boşanma göstəricisi 293 nəfər idisə, 2025-ci ilə doğru artıq 50 faizlik bir artım müşahidə olunur. Həm kişilər, həm qadınlar, həm də müstəqil yaşamaq istəyən, həyatını qura bilməyən və ya liberal dəyərləri kor-koranə öz həyatına tətbiq edənlər bu yolla bir-birinin ömründə problemlər yaradırlar".

Kulturoloqun sözlərinə görə, son vaxtlar boşanma hallarının artması təkcə şəhərlərlə məhdudlaşmır:

"Kənd yerlərində də yaşlı nəslin nümayəndələri arasında boşanmalar müşahidə olunur. Bəzi hallarda ailədaxili konfliktlər daha ağır nəticələrə, hətta cinayət faktlarına qədər gedib çıxır. Qadın və kişilərin həyat yoldaşına bıçaqla xəsarət yetirməsi kimi hallar buna nümunədir. Bu, tək-tük hallar olsa da, tədricən kütləviləşməyə başlayır ki, bu da sosioloqların, ailəşünasların və kulturoloqların həyəcan təbili çalmasına səbəb olur".

Mütəxəssis hesab edir ki, boşanmaların artmasının əsas səbəblərindən biri də Azərbaycan ailə dəyərlərinin aşınmasıdır:

"Əvvəllər əlil, xəstə yoldaşı üçün canını fəda edən qadın və kişilər var idisə, indi kiçik bir xəstəlik üzündən 2 aydan sonra boşanmaq üçün məhkəməyə müraciət edirlər. Valideynlərindən birinin tərəfini tutan övladlar onları boşatdırır, varidatı və əmlakı öz adlarına keçirdikdən sonra həmin valideynləri qocalar və ya kimsəsizlər evinə atırlar. Bu cür məkrli planların nəticəsində yaşlı nəsil arasında boşanmaların genişləndiyini görürük. Bəzən uzun illər birgə yaşayan insanlar da sonradan "ilk məhəbbət" arqumenti ilə ailəni dağıtmaq qərarına gəlirlər. İllər sonra tərəflər iddia edirlər ki, ilk məhəbbətləri bu insan olmayıb, valideyn təzyiqi və ya məcburiyyət qarşısında evləniblər. Vaxtilə iqtisadi, mənəvi, övlad qayğısı və ya mentalitet səbəbindən ayrıla bilməyənlər müəyyən yaşdan sonra "öz sevgisini axtarmaq" bəhanəsi ilə rəsmi boşanma ərizəsi yazırlar. Məhkəmə çəkişmələri zamanı isə bəlli olur ki, əslində çox mənasız bir bəhanə ilə ayrılırlar".

Aydın Xan Əbilovun fikrincə, ailənin qorunması yalnız gənc nəslin deyil, bütün cəmiyyətin qarşısında duran məsələdir:

"Həm yaşlı, həm orta, həm də gənc nəsil dərk etməlidir ki, ailə məsuliyyəti bölüşmək və bir çox vəzifələri müştərək yerinə yetirmək üçün vacib təsisatdır. Əvvəllər bu təsisat daha geniş idi; babalar, nənələr, qayınana-qayınatalar, qohumlar və qonşular ictimai qınaq və təsir imkanları ilə boşanmaların qarşısını ala bilirdilər. İndi isə bunlar geridə qalıb. Əlbəttə, şəxsi həyat və ailə bir-biri ilə bağlı olsa da, fərdin dünyagörüşünə və həyat fəlsəfəsinə hörmətlə yanaşılmalıdır. Lakin qəbul etməliyik ki, ailə universal bir modeldir. Bəşəriyyət hələ ki bundan daha yaxşısını kəşf etməyib. Ona görə də ailənin müqəddəsliyini və dəyərini dərk etməli, onu qorumağa çalışmalıyıq. Get-gedə genişlənən boşanma kampaniyalarını dəstəkləmək əvəzinə qarşıya müsbət məqsədlər qoyaraq ailə modelini möhkəmləndirmək və Azərbaycan cəmiyyətini inkişaf etdirmək daha düzgün yoldur".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Avqust 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see324

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see233

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see225

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see220

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see213

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see208

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see207

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see207

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see206

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see206

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see204

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see204

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see201

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see200

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see198

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see198

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see179

Manaf Ağayevin qardaşının dəfnində ürəkdağlayan görüntüləri VİDEO

26 Sentyabr 2026 01:02see177

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see174

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri