AzTU nun tələbələri FAB Şirkətlər Qrupunun istehsal müəssisələrində olublar
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Sənaye iqtisadiyyatı və menecment fakültəsinin bir qrup tələbəsi FAB Şirkətlər Qrupunun istehsal müəssisələrinə ekskursiya ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, ekskursiyada tələbələri Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat kafedrasının baş müəllimi Pərvin Soltanlı müşayiət edib.
Səfərin əsas məqsədi tələbələrin universitetdə əldə etdikləri nəzəri bilikləri real istehsalat mühiti ilə əlaqələndirmək, sənaye müəssisələrinin fəaliyyəti, istehsal proseslərinin təşkili və idarə edilməsi, eləcə də məhsul keyfiyyətinə nəzarət mexanizmləri barədə praktiki biliklərini genişləndirmək olub.
Ekskursiya çərçivəsində tələbələr istehsalın müxtəlif mərhələləri, müasir texnoloji avadanlıqlar, məhsulların hazırlanma ardıcıllığı və keyfiyyətə nəzarət prosedurları ilə yaxından tanış olublar.
Xüsusilə, hazır məhsulların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və yoxlanılması məqsədilə laborator müayinələrin aparılması prosesi tələbələrə əyani şəkildə nümayiş etdirilib.
Müəssisə nümayəndələri istehsal fəaliyyəti və keyfiyyətin təmin olunması mexanizmləri haqqında tələbələrə ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 11 Noyabr 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















