Icma.az
close
up
RU
60 yaşında bədəni onillərlə gəncləşdirən 5 hərəkət

60 yaşında bədəni onillərlə gəncləşdirən 5 hərəkət

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə 60 yaş artıq yaşlılıq deyil, orta yaş dövrü hesab olunur. Bu isə o deməkdir ki, insanın qarşısında hələ bir çox aktiv və sağlam il var. Mütəxəssislər bu yaş dövründə əsas diqqətin gücün artırılmasına yönəlməli olduğunu bildirirlər.

Qaynarinfo xəbər verir ki, "Eatthis" portalının yazdığına görə, əgər siz 60 yaşınızda aşağıdakı hərəkətləri rahatlıqla edə bilirsinizsə, bu sizin əla fiziki formada olduğunuzu göstərir. 

Fizioloq və məşqçi Luk Karlson qeyd edir: "Yaş artdıqca daha çox güclü olmağa çalışmalıyıq. Aktivlik, elastiklik və hərəkətliliyin artırılması önəmlidir, lakin əsl gənclik mənbəyi güc məşqləridir".

1. Oturaq hərəkəti (prisedaniya)

Bu hərəkət bud əzələlərini, arxa ayaq əzələlərini və omba nahiyəsini gücləndirir. Məşqçi izah edir ki, bu məşq həm əzələ kütləsini artırır, həm də böyük əzələ qruplarının işləməsi ilə maddələr mübadiləsini stimullaşdırır.

Ayaq üstə düz durun, ayaqları çiyin enliliyində açın, əlləri yuxarıya doğru uzadın. Dizləri bükərək oturaq vəziyyətə keçin, döş qəfəsi dik vəziyyətdə qalsın. Budlar yerə paralel olduqda dabanlar vasitəsilə bədəni yenidən qaldırın.

2. Sinə pressi

Bu hərəkət sinə və triseps əzələlərini işləyir. Qantellərlə, trenajorda və ya əllə yerə söykənərək (push-up) etmək mümkündür.

Düz skamyanın üzərində uzanın, əllərinizdə qantelləri sinə üzərində saxlayın. Ayaqları yerdə sabit, gövdə isə gərgin vəziyyətdə olsun. Qantelləri yuxarı doğru itələyin, əllər düzələnədək. Daha sonra çəkiyə nəzarət edərək qantelləri aşağı endirin.

3. Veslo hərəkəti və ya yuxarıdan çəkmə

Bu məşq kürək və üst kürək əzələlərini gücləndirir.

Yuxarı blok trenajorunda oturun, tutacağı çiyin enliliyində üst tərəfdən tutun. Çəkmə zamanı kürəkləri geri və aşağı çəkin. Çubuğu sinənin yuxarısına qədər endirin və qısa fasilə verin. Daha sonra çubuğu yavaş-yavaş başlanğıc vəziyyətinə qaytarın.

4. Çiyin pressi

Bu məşq çiyin və triseps əzələlərinin gücünü artırır. Gantellərlə və ya trenajorda yerinə yetirilə bilər.

Ayaq üstə düz durun, hər iki əlinizdə çiyin səviyyəsində qantelləri tutun. Qantelləri baş üzərinə qaldırın, əllər tam düzələnədək. Daha sonra nəzarət altında qantelləri çiyin səviyyəsinə endirin.

5. Bel dartınması

Xroniki bel ağrılarının qarşısını almaq üçün vacib hərəkətdir, çünki bel əzələlərini gücləndirir.

Bel dartma skamyasında ayaqları sabitləyin, ombalar yastıqdan bir qədər yuxarıda olsun. Əlləri sinədə çarpazlayın və ya əlavə yük üçün qantel götürün. Bədəni yerə doğru əyin, onurğanı neytral vəziyyətdə saxlayın. Daha sonra bədəni yuxarı qaldıraraq düz xətlə başdan dabanlara qədər qalxın. Üst nöqtədə qısa fasilə verin və nəzarətlə aşağı enin.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 İyun 2025 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri