Icma.az
close
up
RU
600 il yaşaya biləcəyik az qaldı: İnsan uzun ömrü Tanrıdan yox, texnologiya şirkətindən istəyəcək

600 il yaşaya biləcəyik az qaldı: İnsan uzun ömrü Tanrıdan yox, texnologiya şirkətindən istəyəcək

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bir insan 600 il yaşasa, nə baş verər?” – bu sual artıq fantastik filmlərin yox, Silikon Vadisinin reallıq planlarının tərkib hissəsidir. Məşhur tarixçi və mütəfəkkir Yuval Noy Harari, “Homo Deus: Sabahın qısa tarixi” adlı kitabında bu ehtimalı ciddiyə alır və insan ömrünün texnologiyanın müdaxiləsi ilə əvvəlcə 150, daha sonra isə 500–600 ilə qədər uzadılmasını çox uzaq gələcək deyil, təhlükəli yaxın ehtimal kimi təqdim edir.

Lakin Hararinin bu mövzudakı əsas narahatlığı elmi texnologiyadan çox, insani və mənəvi nəticələrə yönəlib:

“Əgər insan Tanrıya çevrilmək yolundadırsa, əvvəlcə Tanrı olmaq nə deməkdir, onu başa düşməlidir.”

Ölüm – tibbi yoxsa texniki problem?

Harari qeyd edir ki, Silikon Vadisi və texnoloji elita artıq “ölüm” anlayışına bioloji problem kimi yox, texniki nasazlıq kimi baxır. Google tərəfindən qurulan *Calico* kimi layihələr, Ceff Bezos, Elon Mask, Peter Thiel kimi milyarder texnologiya investorları insanın ömrünü uzatmaq və ya ölməzliyə çatmaq üçün milyardlarla dollar sərmayə qoyurlar.

“Ölüm qəzadır. Qəzaların qarşısı alınırsa, ölüm də təxirə salına bilər. İnsan maşındır və maşını düzəltmək mümkündür.”

Buna paralel olaraq, transhumanizm adlı ideoloji cərəyan formalaşıb. Bu fikirə görə, insan öz biologiyasını texnologiya ilə üstələyərək yeni, gücləndirilmiş varlığa – “homo deus”a – çevrilə bilər. Lakin belə bir mövcudluqda ən çox təsirlənəcək sahə din olacaq.

Din və “əbədi həyat” vədinin aqibəti

Ənənəvi dinlər olacaq.

Xristianlıq, Yəhudilik – insanlara ölüm sonrası əbədi həyat vəd edir. Axirət anlayışı onların təməl sütunlarından biridir. Amma əgər texnologiya vasitəsilə bioloji ölümsüzlük mümkün olarsa, o zaman bu sual doğur:

Cənnəti bu dünyada əldə etmək olarsa, insanlar onu axirətdə niyə axtarsınlar?

Harari yazır:

“Əgər insanlar 500 il sağlam və xoşbəxt yaşaya biləcəklərsə, onlar cənnət anlayışını bir metafora kimi görməyə başlayacaqlar.”

Bu, yalnız inanc sferasında deyil, dini institutlar və ibadət formaları üçün də dönüş nöqtəsi olacaq.
Əgər dinin əsas məqsədi insanı axirətə hazırlamaqdırsa, bu məqsəd artıq əhəmiyyətini itirə bilər. Bu isə:
• Duaların məqsədini dəyişdirə bilər: insanlar artıq “sağlam ömür” üçün Tanrıya yox, texnoloji şirkətə müraciət edə bilər.
• İbadətlərin mənasını zəiflədə bilər: 600 il yaşayan insan günahlardan qorxmaq əvəzinə, onları tənzimləmək üçün dərman və texnologiya axtaracaq.
• Dinlər etik və mənəvi institutlara çevrilə bilər, metafizik güc olmaktan çıxarlar.

Harari bildirir:

“Dinin Tanrı anlayışı sarsıldıqca, texnologiya yeni tanrılar – superzəka və alqoritmlər – təqdim etməyə başlayacaq.”

Ailə və nikah: 600 il birlik mümkündürmü?

600 il yaşayan insan bir yoldaşla həyatını keçirmək ehtimalını nə qədər real sayacaq? Harari qeyd edir ki, ömür uzandıqca:

• Nikah institutu hüquqi müqaviləyə çevrilə bilər;
• Ailə mərhələli və dövrlü birləşmələr kimi təşkil oluna bilər;
• Uşaq dünyaya gətirmək bioloji yox, texniki plan əsasında həyata keçiriləcək (genetik kod seçimi, süni mayalanma, vs.).

Ənənəvi monogamiya, ömürlük ailə sədaqəti və çoxuşaqlılıq kimi dəyərlər tarixdə qalacaq.

Harari yazır:

“Əgər həyat 600 il sürəcəksə, bir həyat yoldaşıyla ömür keçirmək, bir evdə yaşamaq, bir dildə danışmaq – bu anlayışların mənası dəyişəcək.”

Millət, dövlət və vətəndaşlıq dəyərlərinin tənəzzülü

600 il yaşayan bir insanın müxtəlif ölkələrdə yaşaması, fərqli dövlətlərə vətəndaşlıq alması və yeni mədəni kimliklərə adaptasiya olması ehtimalı artır.

Bu isə:
• Milli kimliyi fərdi kimliyə uduzdura bilər;
• Vətəndaşlıq anlayışı müvəqqəti hüquqi statusa çevrilə bilər;
• Dövlətlər insanın iradəsini deyil, texnologiyanın icazəsini təmin etməyə çalışar.

Harari bu dəyişikliklərin qlobal güc balansına və siyasi rejimlərə də təsir edəcəyini qeyd edir.

İnsan Tanrıya çevriləndə…

Harari kitabda “Homo Deus” anlayışı ilə bu prosesi ümumiləşdirir:

“İnsan Tanrıya çevrilmək istəyir: o yaratmaq, dəyişdirmək və həyat verə bilmək istəyir. Lakin Tanrı olmaq məsuliyyət tələb edir. İnsan öz arzularını nəzarətdə saxlamağı bacarmırsa, o zaman Tanrılaşmaq fəlakətə səbəb ola bilər.”

600 il yaşayan bir insan:
• Necə idarə olunacaq?
• Onun həyatdakı məqsədi nə olacaq?
• O Tanrının yoxluğunda özünü tanrımı hesab edəcək?

Bu suallar hələ cavabsızdır. Lakin Harari bizi dərin fəlsəfi və etik düşüncələrə sürükləyir:

“Əgər insan öz ömrünün ağası olacaqsa, əvvəlcə onu necə dəyərləndirəcəyini düşünməlidir.”

Sonsuz ömür – sonsuz məsuliyyət

Yuval Hararinin “Homo Deus” əsəri texnologiyanın insan təbiətinə təsirini dərindən təhlil edir.

Ömrün uzadılması, ölümün aradan qaldırılması və xoşbəxtliyin süni şəkildə əldə edilməsi – insanı Tanrıya yaxınlaşdırsa da, onu məsuliyyətdən azad etmir.

Əksinə, daha uzun ömür – daha çox sual, daha çox seçim və daha böyük daxili boşluq yarada bilər. 600 il yaşamaq nə qədər arzuolunandırsa, onu necə yaşayacağımız – daha vacib sualdır./musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 May 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see251

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see239

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see233

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see207

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see151

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see146

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see138

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see138

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see134

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see133

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see132

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see132

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see131

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see126

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see126

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see124

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see123

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri