610 bal topladı, universitetə qəbul olmadı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən gün ölkədə minlərlə abituriyent tələbə adını qazanıb. Bəziləri arzuladığı ixtisasa qəbul olub, bəziləri isə gələn il yenidən şansını sınamaq qərarına gəlib.
“Qafqazinfo” Bakuplus.az-a istinadən xəbər verir ki, belə şəxslərdən biri də H.G-dır.
O, sosial şəbəkə hesabında 610,4 bal toplamasına baxmayaraq, heç bir universitetə qəbul olmadığını bildirib.
Məlumata görə, IV ixtisas qrupuna hazırlaşan qız yalnız tibb sahəsində təhsil almaq istəyib və ixtisas seçimində sadəcə tibb ixtisasını qeyd edib.
H.G. gələn il yenidən imtahan verəcəyini bildirib. Onun bu qərarı sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bəziləri qızın əzmkarlığını təqdir etsə də, bəziləri 610,4 balla universitetə qəbul olmamasına təəccüblənib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 26 Avqust 2026 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















