ABBASZADƏ GƏLDİ, PROREKTOR VƏ DEKANLAR GEDİR... BDU da daha kimlər yola salınacaq?
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verildiyi kimi, Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan olunub. Bu barədə Bakı Dövlət Universitetindən məlumat verilib.
Məlumata görə, dekan vəzifəsinə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələri üzrə müsabiqə elan edilib. Bu o deməkdir ki, sözüegedən fakültələrdə dekanların dəyişməsi gözləniləndir. Əlbəttə ki, rəhbər dəyişikliyi bütün sadalanan fakültələrdə olmaya da bilər. Xatırladaq ki, ümumilikdə BDU-nun 16 fakültəsi var.
Qeyd olunur ki, müsabiqə bu fakültələrdə hazırda fəaliyyət göstərən dekanların səlahiyyət müddətinin başa çatması ilə əlaqədar elan edilib. Lakin müsabiqənin Məleykə Abbaszadənin BDU rektoru təyin edilməsilə eyni vaxta düşməsi, istər-istəməz universitetdə yeni kadr dəyişikliklərinin gözlənildiyi barədə təəssürat yardır. Çünki Azərbaycan reallıqlarında rektorlar bu cür müsabiqələrə və səsvermələrə asanlıqla təsir edə bilirlər…
Qeyd edək ki, sözügedən fakultələrin bəzilərinə hazırda dekan əvəzi statusunda olan şəxslər rəhbərlik edir. Bunlar Biologiya fakultəsində Professor Afət Məmmədova və Tarix fakultəsində Professor İbrahim Zeynalovdur.
Müsabiqə elan olunan digər fakultələrin hazırkı dekanları aşağıdakılardır:
Mexanika-Riyaziyyat – Professor Ziyatxan Əliyev.
Geologiya – Dossent Mamoy Mansurov
Filologiya – Dossent Elçin Məmmədov
Fizika – Dossent Bəxtiyar Paşayev
Sosial elmlər və psixologiya – Dossent Rövşən Cavadov
İnformasiya və sənəd menecmenti – Dossent Ələmdar Bayramov
Jurnalistika – Dossent Vüqar Əliyev.
Qeyd edək ki, Vüqar Əliyev həm də ötən aydan Azərbaycan Mətbuat Şurasının sədri vəzifəsini daşıyır.
Yuxarıda sadalanan dekanların müsabiqədən sonra neçəsinin vəzifəsilə vidalaşacağını demək çətindir. Ancaq hər halda, “yarpaq tökümü” istisna oluna bilməz. Azərbaycanda əksər qurumlara yeni təyin olunan rəhbərlərin ilk növbədə kadrlara “əl gəzdirdiyini” nəzərə alsaq, o zaman BDU-da da eyni prosesin gedəcəyini güman etmək olar.
Artıq BDU-da bunun ilk əlamətləri müşahidə olunmaqdadır. Belə ki, Məleykə Abbaszadənin ilk əmrlərindən biri kadrlarla bağlı olub. Onun əmrilə rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib. Bundan əvvəl isə Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov vəzifəsindən azad olunub. Bununla bağlı Elm və təhsil naziri Emin Əmirullayev müvafiq əmr imzalayıb.
Sıra kimdədir? Yaxın zamanda yəqin ki, məlum olacaq...
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 24 Noyabr 2026 16:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















