Icma.az
close
up
RU
64 danada siyasi döyüş: Bir çempionun arxasındakı dövlət gücü...

64 danada siyasi döyüş: Bir çempionun arxasındakı dövlət gücü...

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Tarix bəzi hadisələri soyuqqanlılıqla qiymətləndirir.   Elə əməllər var ki, onlar siyasətlə deyil, mənəviyyatla ölçülür. Elə qələbələr var ki, bir insana məxsusdur, elə qələbələr də var ki, onların arxasında bütöv bir ölkə dayanır.

Harri Kasparovun yüksəliş tarixi yalnız istedadlı şahmatçının hekayəsi deyil. Bu, həlledici məqamda bütün siyasi çəkisini, dövlət resursunu və Heydər Əliyevin simasında şəxsi nüfuzunu Harri Kasparovun üzərinə qoymuş Azərbaycanın tarixidir. Bunu isə heç vaxt unutmaq olmaz.

Bu məqaləni kənardan müşahidəçi kimi deyil, Harri Kasparovun şahmat Olimpinin zirvəsinə yüksəliş prosesinin canlı şahidi kimi yazıram. Uzaq gənclik illərində məni Harri ilə onun doğma əmisi — Azərbaycanda tanınmış bəstəkar, yüksək mədəniyyət və ləyaqət sahibi insan Leonid Vaynşteyn tanış etmişdi. 1994-cü ildə vəfatınadək onunla yaxın münasibətlərimiz olub. Mən Kasparovun Karpovla əfsanəvi matçları zamanı onun dəstəkləyənlərdən biri idim. Hazırlıq dövründə — əvvəl iddiaçı olanda, sonra isə dünya çempionu olanda birlikdə futbol oynayırdıq. Mən onun yüksəlişinin şahidi olmuşam və buna görə danışmağa haqqım var. Mən yalnız taxtanı və fiqurları görmürdüm —  atmosferi, təzyiqi, pərdəarxası söhbətləri görür və zirvəyə aparan yolun nə qədər kövrək ola biləcəyini anlayırdım.

Sovet İttifaqında şahmat sadəcə idman deyildi. Bu, ideologiya idi. 1980-ci illərin əvvəllərində Anatoli Karpov sistemin simvolu idi — rahat, ölçülüb-biçilmiş, aparat maşını tərəfindən dəstəklənən fiqur. Bakıdan olan gənc və cəsarətli iddiaçı Harri Kasparov isə nomenklatura çevrələrində mövcud nizama çağırış kimi qəbul edilirdi. SSRİ-nin o vaxtkı mədəniyyət naziri Pyotr Demiçev şahmata kuratorluq edirdi və aparat inersiyası obyektiv olaraq qüvvədə olan çempion Karpovun xeyrinə işləyirdi. Buna görə sistem yeni iddiaçının meydana çıxmasını çağırış kimi qəbul edirdi. 1984–85-ci illərdə Karpovla Kasparov arasında keçirilən matç zamanı Moskvada hakimiyyət dəhlizlərində müxtəlif düşərgələr mövcud idi. Bu, təkcə idman deyil, həm də siyasi mübarizə idi.

Burada həm Kasparovun, həm də həmin matçın taleyində həlledici rol oynamış Heydər Əliyevin adını çəkməmək mümkün deyil. Heydər Əliyevin Kasparovun taleyindəki rolu epizodik yox, sistemli idi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin (Sov.İKP MK) Siyasi Bürosunun üzvü, ittifaq rəhbərliyinin ən nüfuzlu şəxslərindən biri olan o, gənc həmyerlisinə sadəcə rəğbət göstərməklə kifayətlənmədi. Heydər Əliyev Kasparovu siyasi müdafiə ilə təmin etdi. Bu isə real hazırlıq şəraiti, təhlükəsizlik və aparat maşını tərəfindən əzilməmək imkanı demək idi. Bakının yaxınlığındakı Zaqulbada, hökumət bağ evində Harri üçün həyatının əsas sınağına hazırlıq şəraiti yaradılmışdı. Bu, jest deyildi — bu, Azərbaycanın dövlət dəstəyi idi.

1984-cü ildə dünya çempionluğu uğrunda matç 48 ağır partiyadan sonra hesab 5:3 Karpovun xeyrinə olarkən dayandırıldı. Söhbət təkcə şahmatçıların sağlamlığından getmirdi. Məsələ iddiaçının gələcəyi idi. Başlanğıcda ardıcıl beş məğlubiyyət, psixoloji təzyiq, mətbuatda yazılar, sistemin sənə deyil, başqasına mərc etdiyini hiss etmək… Belə vəziyyətdə Kasparovun karyerasını dəfn etmək olardı. Lakin Heydər Əliyevin nüfuzu siyasi əks-çəkiyə çevrildi və mövzunun bağlanmasına, Kasparovun iddiaçı kimi silinməsinə imkan vermədi. Tarixi yenidən yazmağa cəhd etmək olar. Amma tarix tərsdir: həlledici məqamda Bakıdan olan gənc şahmatçının arxasında təkcə istedad yox, həm də Heydər Əliyevin dövlət iradəsi dayanırdı.

1985-ci ildə 24 partiyadan ibarət yeni matç keçirildi, hər biri döyüş kimi idi və Kasparova 13:11 hesabı ilə çoxdan gözlənilən qələbəni gətirdi. 22 yaşında Harri dünya çempionu oldu. Bu, Azərbaycanın öz qələbəsi kimi qəbul etdiyi triumf idi. Sonra 1986-cı ildə Londonda və Leninqradda revanş matçları, 1987-ci ildə Sevilyada titulun taleyinin son — 24-cü partiyada həll olunduğu qarşılaşma baş tutdu. Heç-heçə — və titul yenidən qorundu. Bu, əsəblər, gərginlik və bitməyən mübarizə dövrü idi. O illərdə Harri Kasparov sistemə qarşı tək deyildi. Taxta arxasında — bəli, o tək vuruşurdu. Amma taxtadan kənarda onun Heydər Əliyev və bütün Azərbaycan simasında müdafiəsi var idi.

1985-ci ildə dünya çempionu olduqdan sonra Harri Kasparov Bakıya qəhrəman kimi qayıtdı. Şəhərin mərkəzində mənzil, hökumət bağ evi, status, hörmət… Onu səmimi qəlbdən sevirdilər, çünki o, ölkəni və Bakını bütün dünyada təmsil edirdi. O, Azərbaycanın simvolu idi. Kasparov özü dəfələrlə Heydər Əliyevin taleyindəki böyük rolundan açıq şəkildə danışıb. O zaman bu təşəkkür sözləri təbii səslənirdi.

Sonra Ermənistanla Azərbaycan arasında Qarabağ uğrunda müharibə başladı və bu, hər iki xalq üçün böyük faciəyə çevrildi. Münaqişə başlayanda Kasparov və ailəsi üçün Azərbaycan rəhbərliyi tərəfindən təxliyə məqsədilə mülki təyyarə ayrıldı. Xüsusilə vurğulamaq vacibdir ki, Moskvada 1993-cü ilə qədər Kasparov ailəsi ilə birlikdə məişət məsələləri həll olunana qədər Azərbaycanın daimi nümayəndəliyində yaşayırdı. Bununla da artıq ən ağır sınaqlar dövrünə daxil olan Azərbaycan ondan üz döndərmədi, onu özününkü saymağa davam etdi. Bu, silinməsi mümkün olmayan faktdır. Və məhz burada mənim üçün mənəvi dönüş nöqtəsi başladı. Birinci Qarabağ müharibəsi dövründə Kasparov bu münaqişədə məsafə saxlamağa üstünlük verirdi, daha çox susqunluq və ehtiyatlılığı seçirdi və bunu anlamaq olardı.

Amma illər sonra, İkinci Qarabağ müharibəsi zamanı onun açıq bəyanatları Azərbaycana münasibətdə kəskin tənqidi xarakter aldı. O, Bakıda bir çoxlarının birtərəfli və ədalətsiz, açıq desək, xəyanətkar mövqe kimi qəbul etdiyi mövqeni tutdu. Məhz o zaman Azərbaycanda bir çoxları üçün Kasparovun obrazı kəskin dəyişdi.

Ağır olan baxış fərqi deyil. Hər kəsin mövqe haqqı var. Ağır olan odur ki, insan təşəkkürünün siyasi konyunkturadan zəif, yaddaşın isə ambisiyalardan qısa ola bilməsi hissidir. Zaman keçdikcə Kasparovun Qarabağ məsələsinə, Azərbaycanın və onun rəhbərliyinin ünvanına səsləndirdiyi açıq bəyanatları daha da sərtləşdi və mənim Vətənimdə bir çoxları üçün bu, Kasparova ən çətin illərdə start və müdafiə verən torpaqla qırılma kimi səsləndi.

Bu gün Kasparov Ukraynanın müstəqillik və ərazi bütövlüyü hüququ barədə ucadan və emosional danışır. Və burada ona qaçılmaz sual yaranır: əgər suverenlik prinsipi müqəddəsdirsə, məgər o, universal deyilmi? Əgər ərazi bütövlüyü qeyd-şərtsiz dəyərdirsə, o, seçici ola bilməz. Prinsip coğrafi olmur. Ya hər yerdə işləyir, ya da alətə çevrilir. Amma Kasparovda bu prinsip nədənsə Azərbaycana şamil edilmir.

Necə olur, Harri? Suverenlik, ərazi bütövlüyü, həmçinin Qarabağdan deyil, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın 7 ətraf rayonundan qovulmuş azərbaycanlı qaçqınların hüquqları Azərbaycana şamil edilmir? Bəs sən niyə Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının hüquqları barədə susursan? Niyə Ermənistan və Rusiya tərəfindən törədilmiş Xocalı soyqırımı haqqında və Vətəninin keçdiyi digər faciələr barədə bir kəlmə də deməmisən? Səni hər şeylə təmin etmiş və dünya çempionu etmiş Vətənin üçün sənin səsin haradadır? Rusiyanın Ukraynaya qarşı aqressiyası ilə bağlı sözlərinə indi necə inanmaq olar, əgər sən öz Vətəninə xəyanət etmisənsə?

Xəyanət ağır sözdür. Amma daha ağır olan odur ki, keçmiş elə yozulmağa başlayır ki, guya dəstək, səylər və göstərilmiş etimad mövcud olmayıb. Heç bir zirvə təkbaşına fəth olunmur. Və insan bir gün yalnız özünə borclu olduğuna qərar verirsə, onunla yanaşı duranları dəyərdən salır. Onlara xəyanət edir. Ona görə də sənə deyirəm, Harri: sən yalnız Vətəninə, yaxınlarına deyil, şahmat Olimpinin zirvəsinə yüksəlişin bütün illərində səmimi şəkildə yanında duran hər kəsə — başda Heydər Əliyev olmaqla — xəyanət etmisən.

Azərbaycan hər şeyi xatırlayır və heç vaxt unutmur. Səni necə dəstəklədiyini, səninlə necə qürur duyduğunu xatırlayır və buna görə sual vermək haqqı var — kinlə yox, ləyaqət hissi ilə.

Xəyanət həmişə seçimdir. Seçim  xatırlamaq və ya unutmaq, ardıcıl olmaq və ya rahat mövqe tutmaqdır. Xəyanət fikir dəyişmək deyil. Bu, sənə güc, resurs və etimad yatırmış insanlarla bağın qopmasıdır. Hər kəsin baxışlarının təkamül hüququ var. Amma elə bir hədd var ki, ondan sonra təkamül yaddaşdan imtinaya çevrilir.

1985-ci ildə dünya çempionu olduqdan sonra Harri Kasparov “Zamanın sınağı” («Испытание временем») adlı kitab yazdı. O zaman bu ad inamın və tarixi haqlılığın manifesti kimi səslənirdi. Zaman həqiqətən hər kəsi sınayır — təkcə şahmat taxtası arxasında yox. O, debüt yeniliklərini və ya endşpil texnikasını yoxlamır. O, təşəkkürü, ardıcıllığı və köklərə sədaqəti yoxlayır. Prinsiplər ya vahiddir, ya da auditoriyadan asılı olaraq mənasını dəyişən sözlərdir — Kasparovun bu gün Ukraynanın informasiya məkanında etməyə çalışdığı kimi.

Onilliklər keçdi. Dünya dəyişdi. Siyasi dekorasiyalar dəyişdi. Amma mənəvi kateqoriyalar əvvəlki kimi qaldı. Və bu gün bütün yolu — Zaqulbadakı hazırlıqdan və Moskva matçlarından tutmuş Kasparovun indiki gur siyasi bəyanatlarınadək — nəzərdən keçirərkən onun kitabının adını xatırlamamaq mümkün deyil.

“Zamanın sınağı” — bu, təkcə kitabın adı deyil. Bu, həyatın hər kəsdən götürdüyü ən çətin imtahandır. Zaman hər şeyi öz yerinə qoyur. Onun qərarı isə şikayətə açıq deyil. Viktor Hüqo demişkən: “Xəyanət səhv deyil, qərardır”.

Ramiz Yunus

“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru (TodayPress TV)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Fevral 2026 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri