Icma.az
close
up
RU

65 köhnə gəmi istismardan çıxarılacaq

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq Dəniz Təşkilatının 2018-ci ildə qəbul etdiyi və 2023-cü ildə yenidən baxdığı “Gəmilərdən istixana qazlarının emissiyalarının azaldılmasına dair Strategiya”sına uyğun olaraq beynəlxalq gəmiçilik fəaliyyəti nəticəsində havaya atılan tullantıların illik miqdarını 2030-cu ilədək 20% azaltmaq və 30% üçün çalışmaq, 2040-cı ilədək 70% azaltmaq və 80% üçün çalışmaq, 2050-ci ilə 0 emissiya səviyyəsinə çatmaq hədəf olaraq müəyyən edilib.

Modern.az xəbər verir ki,  ASCO üzrə bu hədəfə çatmaq üçün Strategiya və Tədbirlər Planı hazırlanıb. Plana əsasən, dekarbonizasiya tədbirlərinin davamı olaraq, mərhələlər üzrə aşağıdakı tədbirlərin görülməsi nəzərdə tutulub.

Birinci mərhələ 2024-2027-ci illəri əhatə edir. Bu mərhələdə ümumi dedveyti 26 595 ton olan 65 ədəd köhnəlmiş və istismarı effektiv olmayan gəminin donanmadan çıxarılması nəzərdə tutulur ki, bunun da hesabına şirkətin gəmilərdən olan emissiyalarının təxminən 25% azalacağı gözlənilir.

Bundan başqa, ilkin mərhələyə donanmanın yenilənməsi, eləcə də yanacaq sərfiyyatı baxımından daha səmərəli və müasir gəmilərin alınması və ya tikintisi də daxildir. Belə ki, ASCO-nun 2024-2027-ci illərdə gəmi alışı və tikintisi planlarına əsasən, ümumilikdə 17 yeni gəminin donanmanın tərkibinə daxil edilməsi planlaşdırılır.

Donanmadakı gəmilərin ölçücə daha böyük, daha çox yük götürümü olan enerji səmərəliliyi baxımından ~20%-dək daha effektiv gəmilərlə əvəzlənməsi nəticəsində (donanmanın dedveytinin artması da nəzərə alınaraq) emissiyaların ~9%-dək azaldılması proqnozlaşdırılır.

2027-2030-cu illəri əhatə edən ikinci mərhələdə metanol yanacağı və tam elektriklə işləyən gəmilərin tikintisi və ya alınması, mövcud gəmilərin retrofit olunması hədəf kimi müəyyənləşdirilib. Belə ki, qeyd edilən dövrdə metanol yanacağı ilə işləyən 5 təchizat, 5 sərnişin və 7  tankerin tikintisi, tam elektriklə işləyən 4 liman-yedək gəmisinin inşası və 8 gəminin  metanol yanacağına keçid üçün retrofit olunması nəzərdə tutulur. Bu gəmilərdə mavi metanolun istifadəsi (ümumi donanmanın dedveytinin artması nəzərə alınaraq) ümumilikdə emissiyaların ~10%-dək azalmasına səbəb olacağı gözlənilir.

Qeyd edək ki, dizellə müqayisədə metanol CO2 emissiyalarını 7%-ə qədər, SOx emissiyalarını 99%-ə qədər və NOx emissiyalarını 60%-ə qədər azalda bilər.

Bütün donanmalarda alternativ yanacaqlardan istifadəyə keçid isə üçüncü mərhələdə, yəni 2030-2040-ci illərdə icra ediləcək. Bununla da, IMO-nun hədəfinə uyğun olaraq, 2008-ci illə müqayisədə emissiyaların 70-80%-dək azaldılmasına nail olunacaq.

Dördüncü mərhələ isə 2040-2050-ci illəri əhatə edir. Bu mərhələdə 0 emissiyalı alternativ yanacaq və texnologiyaların tam tətbiqinə keçid planlaşdırılır.  Bu isə IMO-nun hədəfinə uyğun olaraq, emissiyaları 100% azaldaraq 0 emissiya həddinə çatmaq deməkdir.

Onu da qeyd edək ki, ASCO-nun dekorbanizasiya istiqamətində qısamüddətli tədbirlər planı da var. Bu plan çərçivəsində 2030-cu ilə qədər olan ilk 3 mərhələ həyata keçirilməlidir.  Layihədə metanol gəmilərinə keçidin 2027-ci ildə nəzərdə tutulmasına baxmayaraq, bu prosesi daha da sürətləndirmək məqsədilə artıq metanol gəmilərinə keçid üçün maliyyə dəstəyi üzərində işlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri