“Bavariya” Keynin əvəzləyicisi üçün 7 namizəd müəyyənləşdirdi
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın “Bavariya” klubu futbolçusu Harri Keynin əvəzinə yanvarda yeni hücumçu transfer etməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, buna səbəb ingiltərəli forvardın Bundesliqanın XII turunda “Köln”lə keçirilən oyunda (1:1) sol ayaq biləyindən zədələnməsidir.
Münhen təmsilçisi yanvarda hücum xəttini gücləndirmək üçün bir neçə futbolçunu nəzərdən keçirir. Namizədlər arasında Belçikanın “Brügge” klubunun hücumçusu Nikolo Tresoldi də var.
22 yaşlı futbolçu üçün 60 milyon avro tələb olunduğu bildirilir. Onunla “Milan” da maraqlanır.
“Bavariya” Almaniyanın “Ayntraxt” klubunda çıxış edən Yunus Ebnutalibi də izləyir. 23 yaşlı hücumçu cari mövsümdə 12 oyunda 8 qol vurub.
Münhen klubu, həmçinin PSV-nin hücumçusu Rikkardo Pepi, “Brentford”dan İqor Tiaqo, “Monako”dan Paris Brunner və Folarin Baloqunun transferini nəzərdən keçirir. Erik-Maksim Şupo-Motinqin də mümkün namizədlər sırasında olduğu bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 24 Noyabr 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















