Azərbaycan və Gürcüstan 18 yeni sənəd üzərində iş aparır
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat üçün brifinqdə deyib.
"Ölkələrimiz arasındakı münasibətlərin çox uzun tarixi var. Xalqlarlımız arasındakı bağlar güclü və möhkəmdir. Qonşuluq və qardaşlıq münasibətləri hər zaman qarşılıqlı hörmət və ehtirama əsaslanmışdır, hazırda da inkişaf etməkdədir".
Nazir qeyd edib ki, görüş zamanı ikitərəfli münasibət və Cənubi Qafqazdakı mövcud vəziyyət və eləcə də beynəlxalq məəslələri müzakirə edilib:
"Azərbaycan-Gürcüstan münasibətlərinin çox böyük gündəliyi mövcuddur. Təbii ki, siyasi dialoq çox yüksək səviyyədədir, biz burada ciddi dinamikanı müşahidə edirik. Son illərdə qarşılıqlı yüksəksviyyəli səfərlər bunun bariz nümunəsidir".
C. Bayramov bildirib ki, iki ölkənin parlamentlərarası əlaqələrdə intensivlik özünü göstərir.
Nazir deyib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq var.
"İki ölkə arasında qüvvədə olan 145 sənəd, razılaşma, sənəd var. Əlavə 18 sənəd üzərində hazırda iş gedir, yaxın zamanlarda düşünürük ki, bu sənədlər də yekunlaşacaq və qüvvəyə minəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 24 Noyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















