65 yaşını keçən müəllim bu halda işdən çıxarılmayacaq KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ümumitəhsil müəssisələrində çalışan müəllimlər 65 yaşına çatdıqları zaman əmək müqavilələrinə xitam verilir. Lakin bəzi istisna hallarda bu müqavilə uzadıla bilir.
KONKRET.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “AzEdu.az”a bildirilib ki, mövcud qanunvericiliyə əsasən, əgər ümumi təhsil müəssisəsində 65 yaşına çatmış müəllimin fəaliyyətini davam etdirməsinə zərurət varsa, ümumi təhsil müəssisəsi təhsilverənin razılığı ilə onun çalışma müddətinin uzadılması barədə qərar qəbul etmək hüququna malikdir:
“Dövlət ümumi təhsil müəssisələrində çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət müəssisəsinin rəhbəri tərəfindən uzadıla bilər”, – deyə sorğuda qeyd olunub.
Baxış sayı:50
Bu xəbər 26 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















