Icma.az
close
up
RU
67 yaşlı kişi pensiyasından narazıdır Səhv hesablanıbmış

67 yaşlı kişi pensiyasından narazıdır Səhv hesablanıbmış

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhər sakini, 67 yaşlı Eynulla Bəbirovun güzəştli şərtlərlə yaşa görə aldığı əmək pensiyası dayandırılıb. 

Bu barədə “Qafqazinfo”ya onun qohumu Azad Məmmədov məlumat verib. 

O bildirib ki, Eynulla Bəbirov zərərli iş şəraitində işlədiyinə görə 2016-cı ildən, yəni 57 yaşı olarkən pensiyaya çıxıb: “2020-ci ilin noyabr ayınadək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alıb. Lakin 2020-ci ilin noyabr ayında onun pensiya ödənişi dayandırılıb. Həmin vaxt o, 1445 manat pensiya alırdı. Dedilər ki, “bu yaşda sənə pensiya düşmür”. 2025-in may ayında 65 yaşı tamam oldu. Bundan sonra o yaşa görə pensiya almağa başladı və bu, 1175 manatdır. Bundan da 172 manat geri tutulma var. 

Məhkəməyə müraciət edib və bütün məhkəmə instansiyaları tərəfindən onun xeyrinə qərarlar qəbul edilib. Son olaraq Ali Məhkəmə tərəfindən 11.09.2024-cü il tarixində çıxarılmış qərarla iddia təmin edilib. Buna baxmayaraq, Ali Məhkəmənin qeyd olunan qərarının icrası indiyədək təmin olunmayıb və pensiya ödənişlərinin bərpası həyata keçirilməyib. İndi özü də xəstədir. Bu məsələlərdən sonra sinir xəstəliyi tapdı”. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “ƏƏSMN tərəfindən aparılan araşdırma zamanı Eynulla Cəlal oğlu Bəbirova qanunvericiliyə zidd olaraq 50 yaşının tamalandığı 25.05.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkarlanaraq pensiya ödənişi 01.11.2020-ci il tarixindən dayandırılıb. 

⁠Həmçinin ona əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri ehtimalı olduğu nəzərə alınaraq məsələyə hüquqi qiymət verilməsi üçün materiallar Baş Prokurorluğa göndərilib. 

Daha sonra E.Bəbirovun 50 yaşının deyil, 57 yaşının tamamlandığı 25.05.2016-cı il tarixindən hesablanmaqla qanunauyğun qaydada güzəştli şərtərlə pensiya hüququnun olduğu müəyyən edilib. Bununla əlaqədar olaraq, onun pensiya ödənişi 2024-cü ilin fevral ayında bərpa olunub.

Aparılmış yenidən hesablamalar nəzərə alınmaqla, hazırda E.Bəbirovun əmək pensiyası 1295,34 manat, qalıq artıq ödəməsi 85.662,11 manat təşkil edir.

Qanunvericiliyə zidd hallar üzrə aparılan araşdırmalar yekunlaşdırıldıqdan sonra E.Bəbirovun müraciətində qeyd etdiyi məhkəmə qərarı nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması məsələsinə baxılacaq”. 

Lamiyə Məmmədova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Aprel 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri