Berlində gənclərin etiraz aksiyasında 22 nəfər saxlanılıb
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Almaniyanın paytaxtı Berlində “Gen Z regelt” (“Z nəsli qərar verir”) gənclər hərəkatının təşkil etdiyi nümayiş zamanı 22 nəfər müvəqqəti saxlanılıb.
APA xəbər verir ki, Berlin polisinin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, aksiya şəhərin Şarlottenburq rayonunda keçirilib.
Nümayişdə təxminən 1200 nəfər iştirak edib. Halbuki təşkilatçılar əvvəlcədən aksiyaya 100 nəfərin qatılacağını bildirmişdilər.
Polisin məlumatına görə, ictimai asayişin pozulması, zorakılıq, hüquq-mühafizə orqanlarına müqavimət və partlayıcı maddələrlə bağlı qaydaların pozulması şübhəsi ilə 13 iş başlanılıb.
Etirazçılar pirotexniki vasitələrdən istifadə edib və polis kordonunu yarmağa çalışıblar. Hüquq-mühafizə orqanları nümayişçiləri geri çəkilməyə məcbur etmək üçün güc tətbiq edib.
Qarşıdurmalar nəticəsində iki polis əməkdaşı xəsarət alıb.
Analoji aksiyalar Almaniyanın digər şəhərlərində də keçirilib. Bremendə təxminən 670, Düsseldorfda isə 100 nəfər nümayişə qatılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 15 Noyabr 2026 03:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















