68 şəhərin baş planı təsdiqləndi
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda şəhərsalma sahəsində aparılan islahatlar nəticəsində 68 şəhərin baş planı təsdiqlənib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, ölkənin 79 şəhərindən 68-nin yeni baş planı hazırlanaraq təsdiq edilib, qalan 11 şəhər üzrə işlər isə davam etdirilir: "Yenilənmiş baş planlar şəhərlərin inkişafını sistemli və proqnozlaşdırılan edir, sahibkarlıq fəaliyyəti üçün hüquqi aydınlıq və investisiya cəlbediciliyi yaradır".
A. Quliyev deyib ki, ölkədə şəhərsalma və tikinti sahəsində son 20 ildə genişmiqyaslı islahatlar həyata keçirilib: "Bu dövrdə normativ hüquqi baza təkmilləşdirilib, ərazi planlaşdırılması inkişaf etdirilib və tənzimləmə mexanizmləri rəqəmsallaşdırılıb. Tikinti və istismara icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi nəticəsində hazırda ölkədə layihələndirmə əsasında minə yaxın subyekt fəaliyyət göstərir"./Report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 29 Aprel 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















