Icma.az
close
up
RU
690 mindən çox fizioterapiya xidməti göstərilib

690 mindən çox fizioterapiya xidməti göstərilib

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Fizioterapiya fiziki amillərdən istifadə etməklə tibbi müalicə və profilaktika metodudur. Bu müalicə metodu pasiyentlərin sağalma periodunun sürətləndirilməsinə və qısa müddətdə normal həyat tərzinə qayıtmasına yardım edir. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 77 sayda fizioterapiya və reabilitasiya xidməti daxildir. Elektroterapiya, maqnit, lazer, dalğa terapiyaları, vannalar, inhalyasiya, aerozol terapiyası, ultrabənövşəyi və infraqırmızı şüalarla müalicə, masaj, müalicəvi bədən tərbiyəsi, reabilitasiya xidmətləri və digərləri icbari tibbi sığorta ilə qarşılanır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilib.

Fizioterapiya xidmətləri kurs müalicə şəklində icra edilir. Müalicənin müddəti diaqnozdan və xəstəliyin ağırlıq dərəcəsindən asılı olur. Bir kurs müalicə 8-10, 10-12, bəzi hallarda isə 14-20 günlük dövrü əhatə edir. Müalicə müddəti də individual yanaşma əsasında təyin olunur. İcbari tibbi sığorta ilə fizioterapiya xidmətlərinə limit tətbiq olunur. Belə ki, vətəndaşlar il ərzində 30 dəfə tibb müəssisəsinə yaxınlaşa, hər müraciətdə isə 3 fizioterapiya xidmətindən yararlana bilərlər. Qeyd edək ki, qazilərə icbari tibbi sığorta ilə göstərilən fizioterapiya xidmətlərinə sığorta limiti tətbiq edilmir və onlar bu tibbi prosedurlardan növbəsiz şəkildə yararlana bilərlər.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında icra olunur.

Qeyd edək ki, fizioterapiyada ən geniş istifadə edilən müalicə metodlarına elektroforez və fonoforezi misal göstərmək olar. Pasiyentin diaqnozu və patoloji prosesin lokalizasiyasından asılı olaraq dərman preparatları orqanizmin lazımi sahəsinin dəri və dərialtı toxumalarına, selikli qişalarına ultrasəs, elektrik cərəyanı ilə ötürülür.

Fizioterapiya təyin olunan zaman xəstənin diaqnozu, xəstəliyinin ağırlıq dərəcəsi, ümumi vəziyyəti, yaşı, cinsiyyəti, yanaşı xəstəlikləri, fiziki və psixi xüsusiyyətləri, orqanizmin əsas funksiyalarının bioritmik aktivliyi və s. nəzərə alınır. Müalicə üsulları seçimi ixtisaslı həkim tərəfindən pasiyentin diaqnozu və sadalanan amillər əsasında individual yanaşma ilə təyin edilir. Fizioterapiya təyinatına hipertoniya, istənilən lokalizasiyalı və etiologiyalı şişlər, epilepsiya tutmaları, pasiyentdə kardiostimulyatorun olması, qanaxma, qan xəstəlikləri, kaxeksiya və s. kimi ümumi əks-göstərişlər mövcuddur.

Fizioterapiya müalicə müddətinin qısaldılmasına, müalicə imkanlarının genişləndirilməsinə, dərman maddələrinin effektivliyini yüksəltməyə kömək edir. Bu müalicə metodu nevroloji, travmatoloji, revmatoloji, burun, qulaq, boğaz, ağciyər, sinir-əzələ, osteoxondroz, spinal protruziya, yırtıqlar, skolioz, kifoz, lordoz, əyripəncəlik, sümük-dayaq sistemi kimi xəstəliklərdə tətbiq olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Dekabr 2024 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri