DƏHŞƏTLİ QƏTL Qohumunu vəhşicəsinə ÖLDÜRDÜ
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Siyəzəndə xüsusilə ağır cinayətin üstü isti izlərlə açılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Oktyabrın 26-da Siyəzən rayon sakini 1982-ci il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyevanın meyitinin aşkar olunması barədə məlumat daxil olub:
"Siyəzən Rayon Prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla icra olunan kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində isti izlər əsasında cinayətin üstü açılıb.
Həyata keçirilmiş tədbirlərlə zərərçəkmişin tanışı - 1991-ci il təvəllüdlü Naqil Ağamalıyevin borcunu qaytarmaq və girov qoyduğu qızılları götürmək bəhanəsi ilə Xəyalə Ağamalıyevanın evinə getdiyi, onu boğaraq öldürdüyü, daha sonra isə oradan qızıl, pul və digər qiymətli əşyalar götürərək hadisə yerindən uzaqlaşmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Naqil Ağamalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub".
***13:06
Siyəzən şəhərində qətl hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Siyəzən rayonunun Böyük Həmyə kəndində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı yaşadığı evdə boğaraq öldürüb.
Əməli törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qətli törədən şəxsin qadının əmisi nəvəsi olduğu bildirilir./bizim.media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 27 Oktyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















