Icma.az
close
up
RU
6cı prezident and içəcək...

6cı prezident and içəcək...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabah qonşu və dost Gürcüstan üçün əlamətdar bir gün olacaq. Belə ki, ölkədə yeni seçilmiş prezident Mixail Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək. M. Kavelaşvili hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi olaraq Prezident seçilib.

Ölkə tarixində bir ilk

Bu il Gürcüstanın tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın 6-cı Prezidenti seçib.

Parlamentdə Mərkəzi Seçki Komissiyasının (MSK) açıq iclasında səsvermələrə yekun vurulub. Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən seçkilərin nəticələri barədə məlumat verilib. Bildirib ki, 224 seçici M.Kavelaşvilinin lehinə səs verib. Səsvermədə 225 üzv iştirak edib, bülletenlərdən 1-i etibarsız sayılıb.

Qeyd edək ki, Gürcüstanda yeni prezident seçkiləri siyasi gərginlik şəraitində baş tutub. Məlumdur ki, son bir ildə qonşu ölkədə artan iğtişaşlara, dövlət çevrilişinə cəhdə qədər genişlənən gərginlik əslində Gürcüstan-Qərb qarşıdurması kimi dəyərləndirilir. Qərb tərəfindən rəsmi Tbilisi siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda , Rusiyaya meyllənməkdə ittiham olunur. Gürcüstan hakimiyyəti isə Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyub.  Hətta Baş nazir İrakli Kobaxidze ölkəsinin 2028-ci ilədək Avropa İttifaqına inteqrasiya prosesini dayandırdığını bəyan edib.

ABŞ, Fransa kimi ölkələr başda olmaqla kollektiv Qərb rəsmi Tbilisinin milli maraqları önə çəkməsini qəbul etməyərək ölkədə yeni “rəngli inqilab” ssenarisini həyata keçirmək istəyir. Açıq şəkildə bildirilir ki, parlament və prezident seçkiləri, indi isə yeni dövlət başçısının andiçmə mərasimi ərəfəsində Tbilisi küçələrində müşahidə edilən iğtişaşların arxasında Soros fondu və onun milli uzantıları dayanır. Ayrı-ayrı Qərb dairələrindən maliyyə asılılığına malik olan vətəndaş cəmiyyəti təsisatları və müxalifət partiyaları mütəmadi olaraq Vaşinqtondan, Brüsseldən və Parisdən yeni direktivlər alırlar və buna uyğun davranışlar sərgiləyirlər.

Zurabişvili vəzifəsindən çəkilmək istəmir

Qonşu ölkədə yeni prezidentin andiçmə mərasimi ərəfəsində səlahiyyət müddətinin bitməsinə cəmi 1 gün vaxt qalan prezident Zurabişvilinin davranışları xüsusilə diqqət çəkir. Xanım Zurabişvili parlament və prezident seçkilərinin nəticələrini tanımadığını bildirir. O özünü yeganə legitim institut sayaraq ölkədə yeni parlament seçkilərinin keçirilməsini tələb edir. Vəzifə səlahiyyətinin bitməsinə cəmi bir gün qalmasına gəldikdə isə, Zurabişvili dekabrın 29-da Prezident Sarayını tərk etməyəcəyini bildirir. 

Zurabişvilinin Qərbdən aldığı tezislərə uyğun absurd iddialar səsləndirməsinə  rəğmən, hakimiyyət parlament və prezident seçkilərinin legitim əsaslarla baş tutduğunu bildirir. “Oktyabrın 26-da keçirilmiş parlament seçkiləri ilə bağlı prezident Salome Zurabişvilinin səsləndirdiyi iddiaları rədd edirik, bu cür çıxışların siyasi motivli və əsassız olduğunu bildiririk”. Bu fikirlər Gürcüstan Mərkəzi Seçki Komissiyasının bəyanatında əksini tapıb. “Seçkilərin saxtalaşdırıldığına dair prezidentin bəyanatları heç bir sübuta əsaslanmır və faktiki halları qəsdən siyasi məqsədlə təhrif edir. Seçkinin nəticələrinə əsaslı təsir göstərə biləcək hər hansı pozuntu barədə təsdiqlənmiş faktlar mövcud deyil. Lakin prezident və bəzi şəxslər seçki administrasiyasını gözdən salmağa çalışaraq ölkədəki gərginliyi daha da artırmağa cəhd göstərirlər”,- deyə bəyanatda vurğulanır.

Beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT seçkilərin nəticələrini qəbul edir

İndiyədək Zurabişvili israrlı mövqe sərgiləyərkən ayrı-ayrı Qərb dairələrinin qərəzli bəyanatlarına istinad edirdi. Lakin ATƏT-dən Zurabişvilini məyus edəcək xəbər gəlib. Belə ki, ATƏT-in  Müşahidə Missiyası 26 oktyabr parlament seçkiləri ilə bağlı yekun rəyini açıqlayıb və Avropa Parlamentinin mövqeyinə zidd olaraq, nəticələri tanıyıb. Buna görə Kobaxidze ATƏT-ə təşəkkür də edib.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bununla bağı daha detallı danışıb. O vurğulayıb ki, “ATƏT/DTİHB missiyası Gürcüstanda seçicilərin geniş seçim imkanları olduğunu və partiyaların təşviqat aparmaqda azad olduqlarını təsdiq edib. Xanım nazirin sözlərinə görə, ATƏT/DTİHB müşahidə missiyasının yekunu Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı bütün mifləri dağıdıb. “Seçkilərlə bağlı yaradılan və müxalifətin yeni seçki tələbinin əsaslandığı bütün mifləri darmadağın etdim, ona görə ki, artıq bu əsas yoxdur, seçkilərin nəticələri və bütövlükdə demokratik proses başqa yollarla gözdən salınır”, -  deyə Boçorişvili bildirib.

Yollar həbsə aparır...

Hadisələrin indiki gedişi ilə, əgər belə demək mümkündürsə, bütü yollar Zurabişvilini həbsə aparır. ATƏT/DTİHB müşahidə missiyasının yekun hesabatı hakim komandanın mövqeyini gücləndirib. İndiyədək müxalifət partiyaları, Avropa dairələri mücərrəd seçki saxtakarlıqlarından danışırdılarsa, ATƏT/DTİHB belə mübahisələrə son qoyub. Baş verənlər fonunda Baş nazir İ.Kobaxidze deyib ki, əgər prezident buna baxmayaraq, başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.

 Zurabişvilinin həbs olunma ehtimallarını gücləndirən başqa səbəblər də var. O, bir neçə dəfə ölkə qanunvericiliyini pozub və hökumətin razıığını almadan xaricə səfərlərə gedib. Bununla bağlı məhkəmə müvafiq qərar qəbul edib.

Zurabişvili üçün daha bir təhlükəli məqam ondan ibarətdir ki, artıq ölkədə prezident vəzifədən gedəndən sonra ona verilən birillik təhlükəsizlik zəmanəti yoxdur. Bir qədər bundan əvvəl qanunvericiliyə edilən müvafiq dəyişikliyə əsasən, sabiq prezidentə və digər yüksəksəviyyəli rəsmilərə verilən imtiyazlar məhdudlaşdırılıb. Bu isə o anlama gəlir ki, müvafiq qurumlar zəruri sayarlarsa, Zurabişvilli elə dekabrın 29-da Prezident Sarayından birbaşa dəmir barmaqlıqlar arxasına aparıla bilər.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Dekabr 2024 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see270

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see238

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see236

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see217

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see217

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see213

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see205

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see204

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see202

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see200

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see197

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see193

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see190

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see189

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see176

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see159

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri