Icma.az
close
up
RU
6cı Prezident seçildi...

6cı Prezident seçildi...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zurabişvilini hansı tale gözləyir?

Qonşu Gürcüstanın tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı Prezidenti seçib.

Parlamentdə Mərkəzi Seçki Komissiyasının açıq iclasında səsvermələrə yekun vurulub. Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən seçkilərin nəticələri barədə məlumat verilib. Bildirib ki, 224 seçici M.Kavelaşvilinin lehinə səs verib. Səsvermədə 225 üzv iştirak edib, bülletenlərdən 1-i etibarsız sayılıb. Prezidentin andiçmə mərasimi dekabrın 29-da, seçki günündən sonra üçüncü bazar günü keçiriləcək.

Siyasi gərginlik şəraitində baş tutan prezident seçkiləri

Gürcüstanda yeni prezident seçkiləri siyasi gərginlik şəraitində baş tutub. Məlumdur ki, son bir ildə qonşu ölkədə artan və iğtişaşlara, dövlət çevrilişinə cəhdə qədər genişlənən gərginlik, əslində Gürcüstan-Qərb qarşdurması kimi dəyərləndirlir. Rəsmi Tbilisi siyasi oriyentasiyasını dəyişməkdə, Avropa İttifaqına inteqrasiyadan yayınmaqda, Rusiyaya meyillənməkdə ittiham olunur. Gürcüstan hakimiyyəti isə Avropa İttifaqına inteqrasiya prosesinin milli dövlətə qarşı şantaj vasitəsinə çevrildiyini bildirərək qəti narazılığını ortaya qoyub. Hətta Baş nazir İrakli Kobaxidze ölkəsinin 2028-ci ilədək Avropa İttifaqına inteqrasiya prosesini dayandırdığını bəyan edib.

Baş nazirin bu bəyanatından sonra Gürcüstanda Qərbdən maliyyə asılılığına malik olan ayrı-ayrı müxalifət partiyaları və vətəndaş cəmiyyəti təsisatları permanent etirazlara başlayıblar. Müxalifətə liderliyi isə Qərbə bağlı olan prezident Salome Zurabişvili edir. Onun səlahiyyət müddətinin bitməsinə bir neçə gün qalır.

Yeni seçilən Prezidentdən gözləntilər

Yeni Prezident seçilən M. Kavelaşvili ilk bəyanatını səsləndirib və həyata keçirəcəyi siyasi kursu bəyan edib. O bildirib ki, Gürcüstanın dəyərlərindən və adət-ənənələrindən  imtina edərək hansısa bir  təşkilata qoşulmasının mənası yoxdur. Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti istənilən məsələ ilə bağlı müzakirələrə açıqdır, lakin Qərbdən müzakirə aparmaq üçün heç bir qarşılıqlı istək yoxdur, sadəcə tənqid var.  M. Kavelaşvili ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin hökumətlə qarşıdurmasını da dəyərləndirib. O qeyd edib ki, Zurabişvili hökumətin siyasəti ilə razılaşmırdırsa, istefa verməli idi.

Qeyd edək ki, M.Kavelaşvilinin Gürcüstan cəmiyyətində müsbət reputasiyası var və o, ölkədə birləşdirici fiqur kimi qəbul olunur. Məhz bu amil də qonşu ölkədə siyasi gərginliyin səngiməsinə öz müsbət təsirini göstərə bilər. Buna böyük ümidlər var.  “Kavelaşvilinin Gürcüstanın altıncı prezidenti seçilməsi ölkədə qütbləşmənin səviyyəsini azaldacaq”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib. “Mən əminəm ki, Kavelaşvilinin bu mühüm vəzifəyə seçilməsi  dövlətçiliyin və suverenliyin möhkəmlənməsinə, o cümlədən qütbləşmənin azaldılmasına çox mühüm töhfə verəcək”, - deyə  Baş nazir bildirib.

Zurabişvili üçün “Yeni il qatarı”

Son vaxtlarda Gürcüstanda cərəyan edən  siyasi proseslər fonunda prezident Zurabişvilinin gələcək taleyi ilə bağlı müzakirələr aparılır. Xanım prezidentin özü 26 oktyabr parlament seçkilərinin və beləliklə də, prezident seçkilərininin nəticələrini tanımır və özünü ölkədə yeganə qanuni institut sayır. O, müxtəlif auditoriyalar qarşısında vəzifəsini tərk etməyəcəyini bildirib. İndiki mərhələdə müxalifətə liderlik edən Zurabişvili, eyni zamanda, kollektiv Qərbin, xüsusilə də vətəndaşlığını daşıdığı Fransanın dəstəyinə arxalanır. Elə bu günlərdə o, növbəti dəfə hökumətin razılığını almadan Notr- Dam kilsəsinin bərpadan sonra açılış mərasiminə qatılmaq bəhanəsi ilə Parisə səfərə gedib və burada Makronla görüşüb. Onun Makronun vasitəçiliyi ilə ABŞ-nin yeni seçilmiş prezidenti D.Trampla görüşü isə uğursuz olub. Belə ki, Tramp xanım prezidentin canfəşanlığına rəğmən, onun salamını belə könülsüz alıb.

Bu arada Tbilisidəki Orbeliani meydanında “Yeni il qatarı”nın quraşdırılması da Zurabişvilini özündən çıxarıb.

“Gürcü Arzusu” Partiyası üzvlərinin “Yeni il qatarı”nın Zurabişvilini gözlədiyini söyləmələri onu hiddətləndirib. Zurabişvili sosial şəbəkədə yazıb: “Orbeliani sarayının qarşısında mənim üçün qatar qoyublar... Yaxşı, baxarıq kim gedəcək!”

Lakin xanım prezidentin müxalifətin və Avropa dairələrinin dəstəyinə arxalanmasına baxmayaraq, o, postunu tərk etmək məcburiyyətindədir. Bunu qanunvericilik tələb edir. İrakli Kobaxidzenin sözlərinə görə, hazırkı prezidentin parlament seçkilərinin nəticələrini tanımaması və yeni parlament seçkilərinə qədər öz səlahiyyətlərindən imtina etməyəcəyi barədə bəyanatının heç bir əsası yoxdur: “Zurabişvilinin səlahiyyət müddəti bitən kimi rezidensiyanı tərk edəcək”, - deyə  Baş nazir vurğulayıb.

Eyni zamanda, Zurabişvili üçün daha pis ssenari - həbsə alınmaq ehtimalı da kifayət qədər böyükdür. İndiyədək  Gürcüstanda qüvvədə olan qanvericiliyə görə, dövlət təhlükəsizliyi prezident, baş nazir və parlament sədri təyin olunduqları/seçildikləri andan təmin edilir və səlahiyyət müddəti bitdikdən sonra bir il müddətində qalırdı. Artıq postunu tərk etmək məcburiyyətində olan Zurabişvili  üçün bir illik toxunulmazlıq hüququ yoxdur. Çünki parlament hakim “Gürcü Arzusu” Partiyasından gələn qanunvericiliyə düzəliş təklifini qəbul edib. Həmin düzəlişə əsasən, keçmiş yüksək vəzifəli məmurlar Konstitusiyanı pozarsa, onların müdafiəsi ləğv ediləcək. İndiki prezidentə qarşı belə bir məhkəmə qərarı var. 2023-cü ilin oktyabrında Konstitusiya Məhkəməsi bəyan edib ki, Gürcüstan prezidenti xaricə işgüzar səfərlər zamanı hökumətin razılığı olmadan beynəlxalq münasibətlər sahəsində nümayəndəlik funksiyalarını həyata keçirib və bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsini pozub. Beləliklə, səlahiyyət müddəti bitəndən sonra S.Zurabişvilinin dərhal məsuliyyətə cəlb olunması ehtimalı böyükdür.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Dekabr 2024 08:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri