Icma.az
close
up
RU
7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın qeyri-neft sektorunda ixrac artımı 2026-cı ilin ilk 7 ayında da davam edib. Yanvar-iyul aylarında qeyri-monetar qızıl nəzərə alınmadan ölkənin qeyri-neft ixracının həcmi 2,5 milyard ABŞ dollarına çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,3 faiz çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayında məlumat verilib.

İyul ayında da qeyri-neft ixracında artım qeydə alınıb. Belə ki, ay ərzində bu sahə üzrə ixrac 384,8 milyon ABŞ dolları təşkil edib ki, bu da 2025-ci ilin iyul ayı ilə müqayisədə 15,8 faiz çoxdur. İxracın 123 milyon dolları yeyinti məhsullarının, 261,8 milyon dolları isə qeyri-yeyinti məhsullarının payına düşüb. Qeyri-yeyinti məhsullarının ixracı illik ifadədə 26 faiz artıb.

Yanvar-iyul aylarında bir sıra əsas qeyri-neft məhsullarının ixracında nəzərəçarpacaq artım müşahidə olunub. Şəkər ixracı 2,6 dəfə, pambıq ipliyi 81,9 faiz, bitki və heyvan mənşəli piy və yağlar 39,5 faiz, alüminium və ondan hazırlanan məmulatlar 39,4 faiz, pambıq lifi 24,9 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 23,3 faiz, çay 19,5 faiz, meyvə-tərəvəz 16,4 faiz, spirtli və spirtsiz içkilərin ixracı isə 3 faiz artıb.

Aqrar məhsulların ixracı da yüksəlib. Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 22,1 faiz artaraq 673,4 milyon dollara, aqrar-sənaye məhsulları üzrə ixrac isə 24,8 faiz artaraq 223,1 milyon dollara çatıb. Beləliklə, aqrar və aqrar-sənaye məhsullarının ümumi ixracı 22,8 faiz artaraq 896,4 milyon dollar təşkil edib.

Qeyri-monetar qızıl istisna olmaqla, yanvar-iyul aylarında qeyri-neft sektorunun əsas ixrac məhsulları arasında qızıl ilk pillədə qərarlaşıb. Bu məhsul üzrə ixracın dəyəri 239,4 milyon dollar olub. Tomat 172 milyon dollarla ikinci, mis filizləri və konsentratları isə 152 milyon dollarla üçüncü yerdə qərarlaşıb.

İyul ayının ixrac mənzərəsində isə ilk sırada şaftalı və nektarinlər dayanıb. Bu məhsullar üzrə ixracın dəyəri 46,8 milyon dollar olub. Qızıl 37,2 milyon dollarla ikinci, polimerləşmə nəticəsində əmələ gələn digər ilkin formalı məhsullar isə 28,7 milyon dollarla üçüncü yeri tutub.

İxracın istiqamətləri

2026-cı ilin ilk 7 ayında Azərbaycanın qeyri-neft məhsullarının əsas ixrac istiqamətlərindən biri Rusiya olub. Hesabat dövründə Rusiyaya 731,7 milyon dollar, Türkiyəyə 390,6 milyon dollar, Gürcüstana 328,1 milyon dollar, İsveçrəyə 251,6 milyon dollar, Ukraynaya isə 85 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib.

İyul ayında da Rusiya Azərbaycanın qeyri-neft ixracında əsas istiqamət olaraq qalıb. Ay ərzində bu ölkəyə 135,5 milyon dollar, Gürcüstana 48,3 milyon dollar, Türkiyəyə 39,8 milyon dollar, İsveçrəyə 37,7 milyon dollar, İspaniyaya isə 19,6 milyon dollar dəyərində məhsul göndərilib.

Qeyri-dövlət ixracatçıları arasında da bir sıra şirkətlər aparıcı mövqelərini qoruyub. Yanvar-iyul aylarının nəticələrinə əsasən hazırlanan reytinqin ilk onluğunda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Prime Cotton” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Baku Steel Company” QSC, “Prime Export” MMC, “Tabaterra” MMC, “Vvest Stream” MMC, “Agrarco” MMC, “Silk Way Aviaşirkəti” MMC və “Afa Export” MMC yer alıb.

Dövlət şirkətləri arasında qeyri-neft ixracı üzrə ilk pillədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar” İdarəsi qərarlaşıb. Siyahının sonrakı pillələrində “Azergold” QSC, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, SOCAR-ın Qaz İxrac İdarəsi, “Azərenerji” ASC, “Naxçıvan Enerji” MMC və “Socar Cape” MMC təmsil olunub.

Peyk xidmətləri ixracı

Bu ilin yanvar-iyul aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) 15,2 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 50,5 faiz çoxdur.

7 ayda peyk telekommunikasiya xidmətlərini 35 ölkədən 95-ə yaxın şirkət idxal edib. 1 il əvvələ nisbətən ölkələrin sayı 6 vahid azalıb. Əsas ixrac istiqamətləri Böyük Britaniya (2,5 milyon ABŞ dolları), Lüksemburq (1,9 milyon ABŞ dolları), Türkiyə (730,3 min ABŞ dolları), Pakistan (669,3 min ABŞ dolları) və Misir (382,5 min ABŞ dolları) olub.

Hesabat dövründə “Azərkosmos”un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı isə 66 faizdən 62 faizə düşüb.

Təkcə iyulda isə “Azərkosmos” 2,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 31,25 faiz çoxdur.

Musa BAĞIRLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:334
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri