Qeyri neft ixracı 20,5 faiz artıb
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı ilin oktyabr sayına dair ilkin göstəriciləri təqdim edib. Mərkəzdən XQ-yə bildirilib ki, bu ilin yanvar–sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz artaraq 3,2 milyard dollar təşkil edib.
Sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac ötən ilin eyni dövrünə nisbətən 50,2 faiz artaraq 372,8 milyon dollara çatıb. Ümumilikdə, bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 17,2 faiz artaraq 78,8 milyon dollar, qeyri-yeyinti məhsullarının ixracı isə 47,8 faiz artaraq 267,5 milyon dollar təşkil edib.
9 ayda ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə (136,8 faiz), alüminium və ondan hazırlanan məmulatlar 41 faiz, qara metallardan hazırlanan məmulatlar 32,2 faiz, bitki və heyvan mənşəli piylər və yağlar 31,6 faiz, mis və ondan hazırlanan məmulatlar 21,7 faiz, pambıq 16,6 faiz, qəhvə və çay 13 faiz, meyvə 12,5 faiz, tərəvəz 9,4 faiz, qara metallar isə 8,5 faiz artıb.
İlin əvvəlindən ölkənin aqrar məhsullar üzrə ixracı 16,5 faiz artaraq 776,8 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixracı isə 28,6 faiz artaraq 299,7 milyon dollar təşkil edib. Ümumilikdə isə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,6 faiz artaraq 1,08 milyard dollara bərabər olub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Oktyabr 2026 00:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















