Icma.az
close
up
RU
7 aylıq ÜDM 72,4 milyard manat!

7 aylıq ÜDM 72,4 milyard manat!

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında  ölkədə 72 milyard 430 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,3 faiz azalıb, qeyri-neft-qaz sektorunda  3,1 faiz çoxalıb. Əhalinin hər nəfərinə düşən ÜDM isə 7 min 80  manata bərabər olub.

ÜDM istehsalının 35 faizi sənaye, 10,1 faizi ticarət, 7 faizi nəqliyyat, 6,3 faizi kənd təsərrüfatı, 6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi, 1,8 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər isə ÜDM-in 9,9 faizini təşkil edib.

Qeyd edək ki, hazırda ÜDM-in artımına qeyri-neft-qaz sektorunun inkişafı müsbət təsir göstərir. Başqa sözlə, respublikada artımın əsas mənbəyini bu sektor təşkil edir. 2025-ci ilin birinci yarımilində ölkənin neft-qaz sektoru üzrə daxilolmaların 9 milyard 527 milyon manata yüksəlməsi də (proqnozdan 248 milyon manat çox)  bunun bariz ifadəsidir.

Dövlət Neft Fondundan transfert 7 milyard 241 milyon manat, vergi orqanlarının xətti ilə daxilolmalar 2 milyard 286 milyon manat olub. “Şahdəniz” yatağı üzrə mənfəət vergisi 1 milyard 204 milyon manata, Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər 898 milyon manata, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisi isə 185 milyon manata yqksəlib.

Şübhəsiz ki, qeyri-neft-qaz sektorunun inkişafında xarici investisiyaların, qabaqcıl texnologiyaların və idarəetmə təcrübəsinin də rolu mühüm önəm daşıyıb. Ölkədə bərqərar olan siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici ölkələrdən birinə çevirib.

Yeri gəlmişkən, “S&P Global” Beynəlxalq Reytinq Agentliyinin bildirdiyinə görə, bu il respublikada  ÜDM-in nominal həcmi 74,98 milyard dollar (127,466 milyard manat) təşkil edəcək və gələn il 77,86 milyard dollara (132,362 milyard manat) qədər artacaq. 

Agentlik, eyni zamanda, 2026-cı ilin sonunadək  ölkədə ÜDM-in real artımını 2 faiz səviyyəsində proqnozlaşdırıb,  əhalinin hər nəfərinə düşən ÜDM-in 2025-ci ildə 7 min 277 dollara çatacağını, 2026-cı ildə isə 7 min 511 dollara yüksələcəyini bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri