Icma.az
close
up
RU
ABŞ ÜDM i 4 həftədə 7 milyard dollar itirəcək

ABŞ ÜDM i 4 həftədə 7 milyard dollar itirəcək

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Konqresi Büdcə Ofisi (CBO), federal hökumətin qapanmasının (şatdaun) müddətindən asılı olaraq ölkə iqtisadiyyatına təsirinin 14 milyard dollara qədər yüksələ biləcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, CBO-nun büdcə anlaşmazlığı səbəbindən davam edən hökumət qapanmasının iqtisadi təsirlərinə dair yayımladığı analizdə, qapanmanın federal xərcləri gecikdirəcəyi və iqtisadiyyata mənfi təsir göstərəcəyi vurğulanıb.

Analizdə hökumət qapanmasının 4, 6 və 8 həftə davam etdiyi üç fərqli ssenari nəzərdən keçirilib. Bu ssenarilərə əsasən, ölkənin ümumi daxili məhsulunun (ÜDM) cari ilin dördüncü rübündə daha aşağı olacağı proqnozlaşdırılıb.

Qapanmanın müddətindən asılı olaraq iqtisadi artımın həmin rübdə 1-2 faiz azalacağı qeyd olunub. Real ÜDM-dəki azalmaların bir hissəsi sonradan bərpa olunsa da, 7 ilə 14 milyard dollar arasında iqtisadi itkinin geri qaytarıla bilməyəcəyi ehtimal edilir.

CBO-nun analizində hökumət qapanmasının iqtisadiyyata əsasən müvəqqəti olsa da, mənfi təsirlər yaradacağı və kapanma müddəti uzandıqca bu təsirlərin daha da güclənəcəyi bildirilib.

2026-cı ilin sonuna qədər federal işçilərin məzuniyyətdə olduqları müddətin iqtisadi itkilərə səbəb olacağı vurğulanıb:

- 4 həftəlik ssenaridə 7 milyard dollar
- 6 həftəlik ssenaridə 11 milyard dollar
- 8 həftəlik ssenaridə 14 milyard dollar.

Ümumiyyətlə, şatdaun nədir?

Qeyd edək ki, şatdaun - ingilis termini ilə adlandırılan bu proses əslində ABŞ tarixində bu günə qədər olub. Şatdaun termini bağlamaq, bloklamaq, söndürmək kimi tərcümə olunur. Amma bu ölkədə siyasi proseslərlə bağlı büdcə məsələləri üzrə dövlət orqanlarının fəaliyyətinin dayandırılması deməkdir.

Yəni büdcə məsələsinin razılaşdırılmamasına görə qanunvericilik hakimiyyətində büdcənin axımının dayanması ona gətirib çıxarır ki, dövlət orqanlarının fəaliyyəti dayandırılır.

Şatdaun ABŞ tarixində bu günə qədər 20 dəfə baş verib. İlk olaraq ötən əsrin 70-ci illərində yaşanıb. Ford prezident olarkən və ondan sonra həmin dövrdə bir neçə dəfə şatdaun baş verib. Sonra Cimi Karterin dövründə şatdaun yaşanıb.

Bir neçə dəfə Ronald Reyqanın, Klintonun, ata Buşun və Barak Obamanın dövründə də şatdaunlar baş verib. Şatdaun, ən son Donald Trampın ilk dəfə hakimiyyətdə olduğu dönəmdə olub və Donald Trampın hakimiyyətdə olduğu dönəmdə artıq üç dəfə şatdaun baş verib.

Bildirək ki, ABŞ hakimiyyəti parlamenti iki palatalı sistemdən ibarətdir. ABŞ-ın qanunvericilik hakimiyyəti konqres adlanır. Konqres iki palatadan ibarətdir: Yuxarı və Aşağı palata. Yuxarı palata senatdır, Aşağı palata isə Nümayəndələr Palatasıdır.

Şatdaun daha çox respublikaçılar və yaxud demokratların hakimiyyətdə olduğu dönəmdə daha çox onların arasında Konqresdə, Senatda və Nümayəndələr Palatasında fikir ayrılığı olması ilə əlaqədardır. Hazırkı mərhələdə ABŞ-də bu fikir ayrılığı çox ciddi şəkildə mövcuddur. 

Respublikaçılarla demokratlar arasında çox böyük uçurum var. ABŞ ştatlarında mövcud büdcə sistemi müvəqqəti büdcə sistemi idi. Mart ayında qəbul edilmişdi və ən son sentyabrın son gününə qədər qüvvədə idi. Sentyabrın son günü keçdi və ötən günlərdə tərəflər arasında, yəni Donald Trampın rəhbərliyi altında respublikaçılarla demokratlar arasında Ağ Evdə ciddi müzakirələr getdi və razılıq əldə edilmədi.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see463

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see338

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see320

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see316

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see314

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see291

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see291

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see288

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see287

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see280

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see275

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see274

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see268

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see264

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see256

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see253

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see249

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see228

Rəcəb Tayyib Ərdoğan: Türkiyənin səhiyyə sistemi dünyada nümunəvi hesab olunur

13 Sentyabr 2026 22:07see217

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri