Icma.az
close
up
RU
7 ildir 120 manat aliment ödəyirdi, məhkəmə 3 dəfədən çox artırdı 368 MANAT ÖDƏYƏ BİLMƏYƏN CULFA SAKİNİ HƏBSLƏ HƏDƏLƏNİR

7 ildir 120 manat aliment ödəyirdi, məhkəmə 3 dəfədən çox artırdı 368 MANAT ÖDƏYƏ BİLMƏYƏN CULFA SAKİNİ HƏBSLƏ HƏDƏLƏNİR

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Dizə kənd sakini İbrahimov Anar Yadigar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, İbrahimov Anar Yadigar oğlu bildirirəm ki, 2018-ci ildə həyat yoldaşımla rəsmi boşanmışıq. Bu səbəbdən, son aylaradək hər ay uşağa 120 manat aliment ödəyirdim. 5 may 2025-ci ildə məhkəmə qərarı ilə alimentin məbləğini qaldırıb 368 manat etdilər.

Özüm hazırda Türkiyədə fəhlə işləyirəm. Yeni ailə qurmuşam, 1 övladım var. Hər kəsə bəllidir ki, pul qazanmaq, ailə dolandırmaq çox çətindir. 368 manat aliment az qala bir aylıq qazancımdır. May ayından etibarən alimenti ödəyə bilmirəm, gücüm çatmır. İcra məmuru zəng vurub həbs olunacağımı bildirir. Yaşadığım ünvana gedib, ailəmlə maraqlana bilmirəm.

Culfa Rayon Məhkəməsinə fikrimi bildirsəm də, qərarlarında heç bir dəyişiklik etmədilər. Çarəsiz vəziyyətdə qalmışam. Aliment yığılır, özümü həbs gözləyir".

Məsələ ilə bağlı vəkil Emar Qaradağlı ilə həmsöhbət olduq. O bildirdi ki, bu kimi hallarla tez-tez rastlaşılır: "Vəziyyət olduqca ağırdır. Əgər şikayətçi ona qoyulan tələbi ödəyə bilmirsə, məhkəməyə müraciət etsin.  Aliment məbləğinin azaldılması üçün əsaslar varsa (gəlirinizin azalması, xəstəlik, yeni ailə öhdəlikləri və s.), məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmçinin, bunun üçün məhkəməyə əsaslandırıcı sənədlər təqdim edilə bilər – maaş arayışı, xəstəlik sənədləri, yeni ailə və uşaq barədə məlumat, digər maliyyə öhdəlikləri və s".

Jalə FAMİLQIZI

Hurriyyet.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Avqust 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri