Icma.az
close
up
RU
Sisli hava insan orqanizminə təsir göstərə bilər

Sisli hava insan orqanizminə təsir göstərə bilər

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müşahidələr göstərir ki, payız və qış mövsümündə tez-tez rast gəlinən sisli havalar insan orqanizminə müəyyən təsirlər göstərir. Sis əsasən havada rütubətin artması, temperaturun enməsi və hava təzyiqinin dəyişməsi ilə müşayiət olunduğundan bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.

Ölkə.az AZƏRTAC-a istinadla xəbər verir ki, sisli hava şəraitində xüsusilə tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərdə narahatlıqlar artır. Bronxial astma, xroniki bronxit və allergik xəstəlikləri olan insanlarda nəfəs darlığı, öskürək və boğulma hissi daha qabarıq şəkildə özünü göstərə bilər. Bunun əsas səbəbi sis zamanı havada zərərli hissəciklərin və çirkləndirici maddələrin konsentrasiyasının artmasıdır.

Eyni zamanda, sisli havalar ürək-damar sistemi üçün də risk yarada bilər. Hava təzyiqinin dəyişməsi nəticəsində bəzi insanlarda baş ağrıları, arterial təzyiqin yüksəlməsi və ümumi halsızlıq müşahidə olunur. Mütəxəssislər bu cür hava şəraitinə həssas olan şəxslərə açıq havada uzun müddət qalmağı məhdudlaşdırmağı tövsiyə edirlər.

Sisli havaların psixoloji vəziyyətə də təsiri qeyd olunur. Günəş işığının azalması fonunda bəzi insanlarda əhvali-ruhiyyənin aşağı düşməsi, yorğunluq və diqqət azalması halları baş verir. Bu, xüsusilə mövsümi depressiyaya meyilli şəxslərdə daha çox nəzərə çarpır.

Mütəxəssislər bildirirlər ki, sisli havalarda sağlamlığı qorumaq üçün sadə qaydalara əməl etmək vacibdir. Belə ki, hava şəraiti imkan vermədikdə açıq havada fiziki aktivlik azaldılmalı, otaqlar mütəmadi havalandırılmalı, kifayət qədər maye qəbul edilməlidir. Həmçinin xroniki xəstəlikləri olan şəxslərə həkim məsləhəti olmadan dərman rejimini dəyişməmək tövsiyə edilir.

Qeyd edək ki, hava şəraitinə uyğun düzgün davranış və profilaktik tədbirlər sisli havaların orqanizmə mənfi təsirlərini minimuma endirməyə imkan verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Yanvar 2026 03:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see319

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see316

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see309

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see276

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see271

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see264

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see259

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see255

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see252

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see244

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see227

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see225

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see223

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see222

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see220

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see219

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see213

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see208

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri