Icma.az
close
up
RU
7 illik güc

7 illik güc

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


(Həyat dərsi)
Mayor Ceyms Nesmetin böyük bir xəyalı var idi: Qolf oyununda ən yaxşı olmaq... Və o bu məqsədinə nail olmaq üçün qeyri-adi bir üsul kəşf etdi. Ancaq bu üsulu kəşf edəndə o, adi bir oyunçu idi və oyunun əsas qaydalarının öyrənməyə çalışırdı. Sonra 7 il o, qolf ağacına toxuna bilmədi. Nesmet qeyri-adi üsulunu da elə qolf oynamadığı bu 7 ildə kəşf etdi. 7 ildən sonra sahəyə ilk dəfə çıxanda tam 74 xal topladı. Bu, qolfda qeyri-adi bir nəticə idi. Üstəlik, bu nəticəyə qolf ağacına ilk dəfə toxunanda nail olmuşdu.
Bəs Nesmetin sirri nə idi? Əlbəttə ki, xəyalında canlandırmaq. Ancaq əvvəlcə onun bu üsulu harada və necə kəşf etdiyinə nəzər salaq...
Nesmet o yeddi ili Şimali Vyetnamda əsir kimi keçirmişdi. Bütün bu müddət ərzində o, kamera həyatı yaşamış, demək olar ki, heç bir iş görməmişdi. İlk aylarda ümid bəsləməkdən və dua etməkdən başqa bir şey etmədi. Sonra məşğul olmaq üçün bir yol tapmalı olduğunu anladı. Yoxsa, gec-tez ağlını itirə bilərdi...
Elə “xəyalında canlandırmaq” üsulunu da o bu şəraitdə kəşf etdi. Xəyalında sevdiyi bir qolf sahəsi seçir və qolf oynamağa başlayırdı. Hər şeyi ən kiçik xırdalıqlarına qədər xəyalında təsəvvür etməyə çalışırdı. Əynində qolf paltarı var idi. Yarpaqların və yeni kəsilmiş otların iyini belə hiss edə bilirdi. Onun üçün bəzən yay, bəzən qış olurdu. Hava bəzən tutulur, bəzən açılırdı. Küləkli bahar günləri, günəşli yay səhərləri isə tamam başqa bir aləm idi. Onun bu dünyasında hər şey var idi. Oxuyan quşlar, açan güllər və daha nələr, nələr...
Qolf ağacını əlinə götürür, qarşısındakı topa vurur, sonra topun getdiyi yerə baxırdı. Artıq səhvlərini görmək də onun üçün çətin deyildi. Getməyə bir yeri olmadığı üçün tələsmirdi. Ona görə də, səhvlərini ən kiçik xırdalıqlarına qədər hesablayırdı...
Həftədə 7 gün... Gündə 4 saat... Və ucu-bucağı görünməyən 7 il... Bir də bu 7 ilin bəhrəsi olan 74 xal...
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 02 Oktyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri