7 qol vuruldu: Tovuzda dava düşdü VİDEO
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu keçirilib.
Ölkə.Az xəbər verir ki, Qərb derbisində autsayder “Kəpəz” “Turan Tovuz”la qarşılaşıb. Görüş Gəncə təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
“Kəpəz”in heyətində Yeqor Xvalko, Turan Manafov (2 qol), Mahamadu Ba və Kərim Lkoça fərqləniblər. “Turan Tovuz”un qollarını isə Kristian da Silva ilə Rəhim Sadıxov vurublar.
Bu nəticədən sonra xallarını 14-ə çatdıran “Kəpəz” yenidən 9-cu pilləyə yüksəlib. Tovuz klubu isə 32 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, oyunda Turan Manafov 3-cü qolu tovuzluların qapısından keçirəndən sonra ara qarışıb. Futbolçular bir-birlərinə hücum edib.
Xatırladaq ki, turun daha əvvəl keçirilən matçlarında “Qarabağ” “Şamaxı”ya 3:2, “Zirə” “Araz-Naxçıvan”a 1:0, “Səbail” isə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 19 Yanvar 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















